AXA MBASK'a xoş geldiniz

AXA MBASK "AZERI BUSINESS AWARD" MİLLİ MÜKAFATI İLƏ TƏLTİF EDİLMİŞDİR

sigorta, siqorta,siqortası, sigortası insurance, auto, online, property, qiymetleri, corporate, motor, medical, travel, compulsory, reinsurance, emlak, konullu, seyahet, yuk, odenish, Mushteri, mashin, qiymet, xeber,elaqe,shirket,hadise, baki, sumqayit, lenkeran, gence, sheki, masalli, hadisesi, shirket, company, mesuliyyet,

Nailiyyətləri və inkişaf dinamikasını nəzərə alınaraq  AXA MBASK Sığorta Şirkəti, "Azərbaycanın regionlarında sığorta təhsilinin təşkilinə və inkişafına verdiyi tövhəyə görə" nominasiyasında Azeri Business Award-2015 milli mükafatına layiq görülüb.

“Azeri Business Award” Milli mükafatı Azərbaycanın aparıcı işgüzar nəşrlərindən olan “Business Time” jurnalı tərəfindən təsis olunub.

Azerı Busıness Award  biznes sahəsində milli mükafatı ən yaxşı  şirkətləri nümunə göstərərək, milli biznesin yeni imicini yaradır  və həmçinin ölkədə işgüzar etikanın yeni standartlarını təbliğ edir. Mükafatın amalı namizəd şirkətlərə öz bizneslərini inkişaf etdirməkdə, Azərbaycanda və xarici bazarlarda nüfuzlarını və rəqabət qabiliyyətini artırmaqda yardım göstərməkdən ibarətdir.  Mükafat yerli  biznesin  inkişafındakı ən mühüm tendensiyaları  əks etdirir.

Mükafat Azərbaycan bazarının milli biznesin yeni simasını formalaşdıran ən parlaq və dinamik iştirakçılarına təqdim olunur. Qaliblərin müəyyən edilməsində əsas amil  namizədlərin biznesinin inkişaf  templəridir.

Təqdimat mərasimində mükafatı qəbul edən AXA MBASK SŞ İdarə Heyəti Sədrinin Birinci müavini Lana Gözəlova bu etimada görə təşəkkürünü bildirdi.

O, öz çıxışında şirkətin son vaxtda əldə etdiyi nailiyyətlərdən danışaraq, daim sığorta bazarının inkişafı və əhaliyə zamanın tələblərinə cavab verən yüksək keyfiyyətli sığorta xidmətləri göstərilməsi istiqamətində çalışdığını, şirkətin iş praktikasını, idarəetmə üsullarını, strukturunu və xidmət səviyyəsini mütəmadi təkmilləşdirərək, götürmüş olduğu öhdəlikləri tam şəkildə yerinə yetirilməklə özünün maliyyə stabilliyini və rəqabət üstünlüyünü nümayiş etdirməsini xüsusi vurğulayıb.

Qlobal Sığorta Qrupunun üzvü olan AXA MBASK Sığorta Şirkəti 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarını tətbiq etməyə başlamışdır.

Belə ki, satışın sığorta agentləri vasitəsilə inkişafı planı həyata keçirilərək, qısa müddət ərzində bütün Azərbaycan ərazisində 80-ə yaxın fiziki və hüquqi şəxslərlə, həmçinin maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş sığorta polislərinin satış məntəqəsi açılmışdır.

Qeyd etmək lazımdır ki, bu, şirkətin bazara çıxdığı gündən etibarən aldığı doqquzuncu mükafatdır. Belə ki, adı çəkilən mükafatdan əlavə, AXA MBASK “Azərbaycanda sığorta mədəniyyətinin artırılmasına verdiyi töhfəyə görə”  UĞUR -2015  milli mükafatı,  “Sığorta sahəsinin lideri" nominasiyasında Azeri Business Award-2014 milli mükafatı, Caspian Energy Integration Award-2014 “Keyfiyyətli xidmətə görə ilin şirkəti” və Caspian Energy Integration Award-2013 və 2011 “İlin Sığorta Şirkəti” nominasiyada beynalxalq  mükafatları almışdır. 

Həmçinin, şirkət, “İlin Sığorta Şirkəti” nominasiyasında “Azeri Business Award” Milli mükafatına (2013),  “Azərbaycan bazarında beynəlxalq sığorta təcrübəsinin tətbiqinə töhfə” (2010) və  “İlin Sığorta Şirkəti” (2012) nominasiyasıyalarda UĞUR milli mükafatına layiq görülmüşdür.