AXA MBASK'a xoş geldiniz

SAHİBKARLAR SIĞORTA AGENTİ FƏALİYYƏTLƏRİNDƏN MƏMNUMDULAR


AXA MBASK SŞ-nin sığorta agentliklərinin ehtiyaclarını, problemlərini və arzularını qiymətləndirmək məqsədi ilə, “Media Consulting and Services” konsaltinq şirkəti 100-ə yaxın respondentin (sığorta agentlərin) iştirak etdiyi növbəti anonim tədqiqat həyata keçirmişdir.
Tədqiqatın məqsədi AXA MBASK ilə əməkdaşlıq edən sığorta agentlərin əsas ehtiyacları və arzuları aşkar etməkdən başqa, agentlərinin məmnunluq dərəcəsini müəyyən etmək idi.
 

Tədqiqatın nəticələri göstərdi ki, 78% agent Azərbaycanda agentlik peşəsinin gələcəyindən çox ümüdlüdür.

 

Sorğuda iştirak etmiş agentlərin 89% AXA MBASK SŞ-nın gələcəyi  və sığorta sektoruna verdiyi qatqıdan ümüdlüdürlər.

 

Respondentlərin 93%-i  AXA MBASK-la əməkdaşlıqdan tam razıdır və onlar Şirkəti və fəaliyyət sahəsini ən azı 5 il ərzində dəyişdirmək niyyətində deyillər (keçən ilə nisbətən 2% yüksəlib).


Bu da, daha çox agent öz gələcəyini AXA MBASK-la bağladığını, yeni və nüfuzlu sığorta agenti peşəsini isə kifayət qədər perspektivli və iqtisadi cəhətdən cəlbedici hesab etdiklərini göstərir.
 

Müəyyən edilmişdir ki, sığorta agentlərinin 42%-i 4 ildən artıq müddətdə AXA MBASK-la əməkdaşlıq edir.


Vurğulamaq lazımdır ki, əgər bir neçə il bundan əvvəl sığorta agenti vəzifəsi əsasən ali təhsil müəssisələrinin məzunları olan gənclər üçün cəlbedici idisə, bu gün, sorğuya müvafiq olaraq, həm paytaxtda, həm də bölgələrdə şirkətin agentləri qismində iş adamları, kiçik və orta biznes sahibləri çıxış edir.
Bu, Şirkətin keçirtdiyi ikinci sorğudur. AXA MBASK SŞ gələcəkdə də həm agentlər, həm də şirkətin müştəriləri arasında belə sorğuların təşkil edilməsini və aparılmasını planlaşdırır.


ƏTRAFLI>>>