AXA MBASK'a xoş geldiniz

SAHİBKARLAR SIĞORTANI ƏSAS BİZNES KİMİ QİYMƏTLƏNDİRİRLƏR



AXA MBASK SŞ-nin sığorta agentlərin ehtiyaclarını, problemlərini və arzularını qiymətləndirmək məqsədi ilə, “Media Consulting and Services”  konsaltinq şirkəti 100-ə yaxın respondentin (sığorta agentlərin) iştirak etdiyi növbəti anonim tədqiqat həyata keçirmişdir.
Tədqiqatın məqsədi Şirkət ilə əməkdaşlıq edən sığorta agentlərin əsas ehtiyacları və arzuları aşkar etməkdən başqa, agentlərinin məmnunluq dərəcəsini müəyyən etmək idi.

    Tədqiqatın nəticələri göstərdi ki, 78% agent Azərbaycanda agentlik peşəsinin gələcəyindən çox ümüdlüdür.

    Vurğulamaq lazımdır ki, əgər iki il bundan əvvəl iş adamların əksəriyyəti sığorta ilə yanaşı başqa kiçik və orta biznes biznes ilə məşqul idilər, bu gün, sorğuya müvafiq olaraq, həm paytaxtda, həm də bölgələrdə, sığorta fəaliyyəti 63% sahibkarların əsas biznesə çevirilib – keçən ilə nisbətən 16% artıb.

    70% sahibkar öz şəxsi ofisində fəaliyyət göstərir.

    Agentlərin 84%-i fəaliyyət sahəsini ən azı 5 il ərzində dəyişdirmək niyyətində deyillər (keçən ilə nisbətən 6 % yüksəlib).

    Müəyyən edilmişdir ki, sığorta agentlərinin 61%-i  3-7 il muddətdə AXA MBASK ilə əməkdaşlıq edir.

    Keçən illərdən fərqli olaraq, bu ilin sorğusu göstərdi ki, icbari ile yanaşı könüllü sığorta növlərinin satışında aktivləşən agentlərin faizi  67%-e çatıb

    Respondenlərin 91%-i konullu növlərdən qiymətinə görə ən asan satılan növ  kimi,  xaricə səfər edənlərin sığortasını qeyd etdilər.

    Tibbi sığorta satışları bazarda istənilən səviyyədə deyil  - agentlərin cəmi 26%-i bu növü satır

    Agentlərin 78%-i İT sistemindən bütün əməliyyatlarını özləri edə biləcək  bilqiyə sahibdirlər

    Agentlərin fikrincə, təkmillədirilməsi vacib olan sahələr - sıgorta ödəniş  xidmətləri və reklam kampaniyalarıdır

Məlumat üçün bildirmək lazımdır ki, bu, Şirkətin keçirtdiyi üçüncü illik sorğudur.  
AXA MBASK, şirkətin müştəriləri arasında belə sorğuların təşkil edilməsini və aparılmasını yaxın günlərdə reallaşdıracaq.