AXA MBASK'a xoş geldiniz

AXA yenidən dünyanın 1 №-li sığorta brendi seçilib

 


Ardıcıl olaraq 9-cu ildir ki, AXA sığorta brendi kimi +5% brend dəyərinin artımını nümayiş etdirərək dünya üzrə birinci yerə layiq görülür.
 
Interbrand Beynəlxalq reytinq agentliyi  ardıcıl olaraq 9-cu ildir ki, sığorta sahəsində AXA brendinin gücünü və lider mövqeyini təsdiq edir. Ümumilikdə, AXA Ən Yaxşı Qlobal Brendlər reytinqində dörd pillə qalxaraq 42-ci yerə (2016-cı ildə 46-ci yerdə idi) və maliyyə sektoru üzrə reytinqində 3-cü yerə sahib olmuşdur. Brendin dəyəri 5% artaraq 11 milyard ABŞ dollarına çatmışdır.

AXA Qrup (Fransa) – sığorta və aktivlərin idarə edilməsi üzrə dünya lideridir. 166 000-dən artıq əməkdaş hər gün dünyanın 64 ölkəsində 103 milyon müştəriyə xidmət göstərir. 2016 ildə AXA Qrupunun gəliri 100 milyard Avro təşkil etmişdir.
Qeyd etmək lazımdır ki, AXA beynəlxalq maliyyə qrupu Azərbaycanda AXA MBASK sığorta şirkəti ilə təmsil olunur.
Sığorta bazarının liderlərindən biri olan AXA MBASK SŞ 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.

Sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 100-dən çox sığorta polislərinin satışı məntəqəsi açılmışdır.


TOP-100 Ən Yaxşı Qlobal Brendlər reytinqi 2017



Maliyyə sektorun ən yaxşı brendləri 2017

 


 
2017-ci ilin tam renkinq ilə Interbrand saytında tanış ola bilərsiz.