AXA MBASK'a xoş geldiniz

Hörmətli iş adamları, sahibkarlar, sığorta agenti fəaliyyəti ilə məşğul olan və ya olmaq istəyən şəxslər

AXA MBASK Sığorta Şirkəti Sizə öz brendi altında sığorta agentliyi açaraq yüksək gəlir əldə etməyi təklif edir və Şirkətimizlə bu sahədə əməkdaşlıqda maraqlı olan bütün hüquqi və fiziki şəxslərə dəstək göstərəcəyini bəyan edir.

AXA Grupu dünyanın 57 ölkəsində fəaliyyət göstərir və dünyanın ən böyük sığorta şirkətidir. Fəaliyyət göstərdiyi ölkələrdə AXA Şirkəti sığorta agentliklərinin açılmasını dəstəkləyərək, həmin agentliklərlə uzunmüddətli əməkdaşlıq edir, agentliklərin inkişafında və yüksək gəlir əldə etməsində mühüm rol oynayır. 

Azərbaycan Respublikasının Sığorta fəaliyyəti haqqında Qanunun 82.2-ci maddəsinə əsasən Sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərən fiziki, yaxud hüquqi şəxsdir. Qanunvericiliyə əsasən, hüquqi şəxs olan sığorta vasitəçiləri istənilən təşkilati-hüquqi formaya malik ola bilər. 

Sığorta agentlərinin və ya agentliklərinin gəliri göstərdikləri vasitəçilik, yaxud məsləhət xidmətlərinə görə Sığorta şirkəti tərəfindən onlara ödənilən komissiyadan formalaşır. Komissiya Sığorta Şirkəti ilə agentlik arasında imzalanan müvafiq agent müqaviləsində öz əksini tapır. 

Sığorta fəaliyyəti haqqında Qanunun 83.1-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasında sığorta agenti fəaliyyəti ilə məşğul olmaq üçün sığorta nəzarəti orqanından müvafiq lisenziya alınmalıdır. 

AXA MBASK Sığorta Şirkəti sığorta agentlərinin fəaliyyətini tənzimləyən qanunverciliyin tələbləri ilə bağlı bütün məsələlərdə Sizə məsləhətlər verməyə və daimi yardım etməyə hazırdır. Bu məqsədlə Sizin üçün Şirkət daxilində xüsusi yaradılmış Agent Mərkəzi fəaliyyət göstərir. 

AXA MBASK sahibkarlara və işgüzar şəxslərə sığorta agentliyinin açılmasında və ya mövcud bizneslərini davam etdirməklə sığorta agenti xidmətləri göstərib əlavə gəlir əldə etmələrində hər cür dəstək verəcəyini bildirir. Xüsusi ilə, müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxs yaratmaqda maraqlı olan şəxslərə əlavə olaraq agentliklərin inkişafı proqramı çərçivəsində kompleks dəstək verilir. 

Eyni zamanda, AXA MBASK Sığorta Şirkəti tərəfindən hal hazırda sığorta fəaliyyəti ilə məşğul olan şəxslərə, o cümlədən lisenziyası olan sığorta agentlərinə, beynəlxalq standartlara və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə Sığorta Agentliklərinin yaradılmasında hər cür dəstək verilir və buna şərait yaradılır. 

AXA MBASK Sığorta Şirkəti açmaq istədiyiniz agentlik üçün icarəyə götürəcəyiniz yeri ofis mebeli və avadanlığı, həmçinin Şirkət tərəfindən hazırlanmış marketinq məhsulları ilə təchiz etməyi öz üzərinə götürür. 

Bakı şəhərində və Respublikanın istənilən rayonunda agentlik açmaq istəyən şəxslər aşağıda əlavə olunmuş müvafiq ərizə formasını doldurub AXA MBASK Sığorta Şirkətinin ofislərinə təqdim edə bilərlər. Doldurulmuş ərizə formasına Şirkət mütəxəssisləri tərəfindən ən qısa bir zamanda baxılacaq və Sizinlə əlaqə saxlanılacaq. 

Həmçinin, yuxarıda göstərilən məsələlərlə bağlı istənilən sualla aşağıdakı telefonlara və elektron ünvana müraciət edə bilərsiniz: 

Bakı şəhərində açılması nəzərdə tutulan agentliklərlə bağlı: (012) 498 9190 (daxili nömrə 133 və ya 134) 

Respublikanın digər şəhərlərində açılması nəzərdə tutulan agentliklərlə bağlı: (012) 596 5571 (daxili nömrə 133 və ya 134)

Elektron ünvan (email): agentlik@axambask.az