AXA MBASK'a xoş geldiniz

Avtoməsuliyyət sığortası

Mülkiyyətində avtomobili olan, yaxud avtomobilə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən hər bir şəxs avtomobilin Azərbaycan Respublikası ərazisində stifadəsi ilə bağlı mülki məsuliyyətini məcburi qaydada sığortalamalıdır.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi avtomobillərin istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə bağlanılır.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi yalnız müvafiq informasiya sistemi vasitəsilə bağlanmalıdır və yalnız həmin sistemin informasiya ehtiyatında mövcud olduqad etibarlıdır.


Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari 
sığortası müqaviləsi üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar.

Sığortalının və (və ya) sığorta olunanın ailə üzvləri üçüncü şəxs hesab edilmir.
 

Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilmişdir:

· fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat;

· üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.

Sığorta müqaviləsi üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir. 
Aşağıdakı şərtlərin hər birinin mövcud olduğu hallarda, habelə hadisə iştirakçılarının tərtib etdiyi müvafiq protokolun sığorta şirkətinə təqdim etmələri şərtilə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən Dövlət Yol Polisinin (təsdiq olunmalıdır) verdiyi yol-nəqliyyat hadisəsi haqqında arayış tələb olunmur:

· Hadisə ikidən çox olmayan avtomobilin iştirakı ilə baş verdikdə və hadisənin baş verdiyi anda hər iki avtomobilin sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalanmış olduqda;

· hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda;

· hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə;

· hadisə nəticəsində dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və sığortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edildikdə.