AXA MBASK'a xoş geldiniz

AXA MBASK AKADEMİYASI

AXA MBASK-dan TƏLƏBƏLƏR ÜÇÜN UNİKAL FÜRSƏT

 

 

AXA MBASK Sığorta şirkəti “AXA MBASK Akademiya” proqramı çərçivəsində tələbələr üçün “Sığorta işinin təşkili” adlı nəzəri və praktiki kursların növbəti mərhələsinə başlayır.

 

Bu proqramın əsas məqsədi təhsil müəssisələri ilə əməkdaşlığın təşkili, peşəkar istiqamətləndirmə, sığorta və maliyyə işində ixtisaslaşan tələbələrə dəstək verilməsidir.

 

2 həftə ərzində davam edən kurs sayəsində tələbələr tam olaraq iş prosesinə daxil olub, sığorta şirkətinin fəaliyyət mexanizmi ilə tanış olacaqlar. Eyni zamanda iştirakçılar təhsil zamanı əldə etdikləri bilikləri təcrübədə tətbiq etmək imkanı əldə edəcəklər.

 

Kurs zamanı tələbələr şirkətin iş xüsusiyyətini öyrənəcək, təcrübi tapşırıqları yerinə yetirəcək, sığorta məhsullarının satışı texnologiyası, anderraytinq, şirkətin sənəd dövriyyəsi, sığorta hadisələrin tənzimlənməsi sahəsində biliklər, eləcə də risklərin idarə edilməsi üzrə ixtisaslaşdırılmış məsləhətlər əldə edəcəklər.

 

Mühazirələr AXA MBASK-ın menecerləri və aparıcı mütəxəssisləri tərəfindən aparılacaq. Kursun sonunda şirkət tələbələrə müvafiq sertifikatlar təqdim edəcəkdir. Əlavə olaraq, fərqlənmiş tələbələr üçün şirkətdə təcrübə keçmək imkanı yaradılacaq. Bundan sonra onlar şirkətdə daimi işə düzəlmək və uğurlu karyera qurmaq fürsəti əldə edəcəklər.

 

Bu mühazirə və təlim kursu – nadir peşə təcrübəsi, kurs və diplom işləri üçün materiallar toplamaq imkanı, ən yaxşı beynəlxalq təcrübə, ən əsası isə iri şirkətdə uğurlu karyeranın başlanğıcı deməkdir.

 

Təlimlərdə iştirak etmək və təcrübə proqramında iştirak hüququ qazanmaq istəyən tələbələr qeyd olunan SUALLARI düzgün cavablandırmaqla təlim iştirakçısı ola bilər. Beləki, Sizdən sualların cavablarını (WORD Formatında), CV formanız ilə birlikdə career@axambask.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Qeydiyyat 23 oktyabr tarixinədək davam edəcəkdir.

AXA MBASK da karyera yüksəlişi

AXA MBASKDA KARYER YÜKSƏLİŞİ İMKANLARI

AXA MBASK-a, təşəbbüskarlığın, səy göstərməyin və yaradıcılığın qiymətləndirildiyi şirkətə, Azərbaycanın özəl sığorta şirkətləri arasında lider olan şirkətə xoş gəlmisiniz!

Müştərilərə ən gözlənilməz məqamlarda inam əldə etməyə səbəb olan müxtəlif maliyyə həlləri təqdim edən bizim Komandanın bir hissəsi olun.

Şirkət üçün hər biri ən yüksək qiymətə malik olan əməkdaşların daimi inkişafı sayəsində şirkət dinamik inkişaf edir.

Bizim komandanın bir hissəsi olmaq istəyirsinizmi? Onda AXA MBASK-da karyera imkanları barədə daha çox öyrənin.

Əmək haqqı və mükafatlar

AXA MBASK Sığorta Şirkətində Azərbaycanın maliyyə sektorunda ən innovasiyalı və mütəhərrik mükafatlandırma sistemlərindən biri tətbiq olunmuşdur. Biz əminik ki, bizim əməkdaşların əməyinin ödənilməsinə və mükafatlandırmaya yanaşmamız bizi rəqiblərimizdən fərqləndirir və bir işəgötürən kimi bizim üstünlüklərimizdən biridir. Şirkətdə əməkdaşların təkcə rəhbərlik tərəfindən deyil, həm də iş yoldaşları tərəfindən mütəmadi və obyektiv qiymətləndirilməsi üzrə prosedur tətbiq olunur. Bu isə işçilərin əmək haqqısına və mükafatlandırılmasına yenidən baxılmasında öz əksini tapan şirkətin hər bir əməkdaşının fəaliyyətinin obyektiv qiymətləndirilməsini təmin edir. 

Əməkdaşlara tibbi sığorta, güzəştli kreditlər, şirkətin xidmətlərinə xüsusi endirim və bir çox digər güzəştlərin də daxil olduğu xüsusi sosial paket də təqdim olunur.

Biz əmək haqqı və mükafatlandırma məsələlərinə xüsusi diqqət yetiririk, çünki, bizim məqsədimiz bu məsələdə bütün sığorta şirkətləri arasında ən yaxşısı olmaqdır.

Təlim və İnkişaf

Biz anlayırıq ki, bütövlükdə AXA MBASK Sığorta Şirkətinin müvəffəqiyyəti şirkətin hər bir əməkdaşının müvəffəqiyyətindən və şəxsi inkişafından asılıdır.

Şəxsi inkişafın dəstəklənməsi və təqdir olunması sahəsində AXA MBASK Sığorta Şirkəti özünün bütün əməkdaşlarına peşəkar təlim üzrə çoxsaylı imkanlar yaradır.

Hər ilin əvvəlində şirkətin hər bir əməkdaşı üçün nəticələri ilin sonunda analiz olunan inkişaf planı tərtib edilir. Bu cür planlaşdırma kadrların xüsusi ranqlanma (dərəcələnmə) sistemi ilə, eləcə də karyer yüksəlişinin planlaşdırılması prosedurları və əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi ilə birlikdə hər bir əməkdaş üçün yeni imkanlar açaraq bizim kadr potensialını daim inkişaf etdirməyə kömək edir.

AXA MBASK Sığorta Şirkəti Azərbaycanın sığorta bazarında ən yaxşı kadrları ilə həmişə şöhrət tapıb və biz uzunmüddətli perspektivdə bu məsələdə liderlik mövqeyimizi qoruyub saxlamaq fikrindəyik.

Sizi bizim komandamızda görməyə ümid edirik!

İŞ ÜÇÜN ƏRİZƏ ANKETİ (CV)

Vakansiyalar

  Şimal Bölgə Filialının Satış üzrə Baş Mütəxəssisi(Sumqayıt)
 

Namizədə tələblər:
•    Ali təhsil
•    Yerli və ya xarici şirkətlərdə satış üzrə baş mütəxəssis kimi ən azı 3 il iş təcrübəsi olan (üstünlük sığorta sahəsində çalışanlara veriləcək)
•    Azərbaycan dili  və rus dili (mükəmməl səviyyədə), ingilis dili (orta səviyyədə)
•    Gülərüz, müştəri yönəmli, sosial və ictimai təbdirlərdə fəal iştirak edən olmalı
•    Kompyuter proqramlarını tələb olunan səviyyədə bilməli
•    Professional səviyyədə müştərilərlə əlaqə yaratma bacarığına və inandırma qabiliyyətinə malik olan olmalı
•    Sərbəst şəkildə müştəri cəlb etmək qabiliyyəti olmalı
•    Müştəri bazası olan namizədlərə üstünlük veriləcək
•    Peşəkar, məsuliyyətli, prinsipial, dürüst və dəqiq olmaq, eləcə də məxfiliyi qorumaq qabiliyyəti
•    Sürücülük vəsiqəsi olması vacibdir

Əsas Vəzifə Öhdəlikləri:

1.    Mövcud olan müştəri bazasının artırılması və satışı artırmaq üçün şirkət tərəfindən təklif olunan sığorta məhsul və xidmətlərin korporativ növlərini təşviq edir;
2.    Mövcud olan korporativ müştərilərlə əlaqələri möhkəmləndirir  və potensial müştərilərə korporativ məhsul və xidmətləri təklif edir;
3.    Şirkətə müraciət edən  müştərilərə  informasiya dəstəyini təmin etmək üçün keyfiyyətli xidmət göstərir;
4.    Mövcüd korporativ müştərilərlə əlaqələri dəstəkləyir, yaxşılaşdırır və potensial müştərilər arasında şirkətin məhsul və xidmətlərini irəlilədir;
5.    Sığorta müqavilələrinin müştərilərə vaxtı-vaxtında verir, müştərilərə sığortanın xırdalıqları və şərtləri barədə tam təlimatlandırır;
6.    Korporativ departament rəhbərinin göstərişi ilə digər işləri  yerinə yetirir.

Ə/h :  razılaşma yolu ilə

CV-ləri Şimal Bölgə Filialının Satış üzrə Baş Mütəxəssisi mövzusu ilə career@axambask.az elektron poçt ünvanına göndərməyiniz

 


 

Həkim-Mütəxəssis (gecə növbəsi)



Namizədə tələblər:

•    Təhsil: Ali tibbi təhsil
•    Dil bilikləri : Azərbaycan və Rus dillərini mükəmməl, İngilis dili isə orta danışıq səviyyədə
•    İş təcrübəsi: ən azı 3 il / sığorta sahəsində iş təcrübəsi olanlara üstünlük verilir
•    İT bilgiləri: MS Windows, MS Office (Excell”-i mükəmməl bilməsi)
•    Komanda ruhunda işləmək, peşəkar, məsuliyyətli, dürüst və dəqiq olmaq, eləcə də məxfiliyi qorumaq qabiliyyəti

Əsas Vəzifə Öhdəlikləri:

•    Müştərilər tərəfindən olan müraciətlərə cavab vermək
•    Müştərinin arzusu ilə həkimin müayinəsinə vaxt təyin ounlması və başqa tibbi xidmətlərdən keçmək məqsədi ilə klinikaya təyinat
•    Xidmətin keyfiyyət səviyəsini örgənmək məqsədi ilə müştəri ilə təkrar əlaqənin saxlanılması
•    Məlumat Bazasına müraciət barəsində məlumatın daxil edilməsi
•    Klinikalardan aylıq reyestrların alınması
•    Zərərlər haqqında məlumatların Məlumat Bazasına əlavə edilməsi
•    Xidmətlərin səviyəsinin və müştərilərin məmnuniyyətinin  yoxlanılması məqsədi ilə sorğuların keçirilməsi

Ə/h :  razılaşma yolu ilə

CV-ləri Həkim-Mütəxəssis mövzusu ilə career@axambask.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.