AXA MBASK'a xoş geldiniz

AXA MBASKDA KARYER YÜKSƏLİŞİ İMKANLARI

AXA MBASK-a, təşəbbüskarlığın, səy göstərməyin və yaradıcılığın qiymətləndirildiyi şirkətə, Azərbaycanın özəl sığorta şirkətləri arasında lider olan şirkətə xoş gəlmisiniz!

Müştərilərə ən gözlənilməz məqamlarda inam əldə etməyə səbəb olan müxtəlif maliyyə həlləri təqdim edən bizim Komandanın bir hissəsi olun.

Şirkət üçün hər biri ən yüksək qiymətə malik olan əməkdaşların daimi inkişafı sayəsində şirkət dinamik inkişaf edir.

Bizim komandanın bir hissəsi olmaq istəyirsinizmi? Onda AXA MBASK-da karyera imkanları barədə daha çox öyrənin.

Əmək haqqı və mükafatlar

AXA MBASK Sığorta Şirkətində Azərbaycanın maliyyə sektorunda ən innovasiyalı və mütəhərrik mükafatlandırma sistemlərindən biri tətbiq olunmuşdur. Biz əminik ki, bizim əməkdaşların əməyinin ödənilməsinə və mükafatlandırmaya yanaşmamız bizi rəqiblərimizdən fərqləndirir və bir işəgötürən kimi bizim üstünlüklərimizdən biridir. Şirkətdə əməkdaşların təkcə rəhbərlik tərəfindən deyil, həm də iş yoldaşları tərəfindən mütəmadi və obyektiv qiymətləndirilməsi üzrə prosedur tətbiq olunur. Bu isə işçilərin əmək haqqısına və mükafatlandırılmasına yenidən baxılmasında öz əksini tapan şirkətin hər bir əməkdaşının fəaliyyətinin obyektiv qiymətləndirilməsini təmin edir. 

Əməkdaşlara tibbi sığorta, güzəştli kreditlər, şirkətin xidmətlərinə xüsusi endirim və bir çox digər güzəştlərin də daxil olduğu xüsusi sosial paket də təqdim olunur.

Biz əmək haqqı və mükafatlandırma məsələlərinə xüsusi diqqət yetiririk, çünki, bizim məqsədimiz bu məsələdə bütün sığorta şirkətləri arasında ən yaxşısı olmaqdır.

Təlim və İnkişaf

Biz anlayırıq ki, bütövlükdə AXA MBASK Sığorta Şirkətinin müvəffəqiyyəti şirkətin hər bir əməkdaşının müvəffəqiyyətindən və şəxsi inkişafından asılıdır.

Şəxsi inkişafın dəstəklənməsi və təqdir olunması sahəsində AXA MBASK Sığorta Şirkəti özünün bütün əməkdaşlarına peşəkar təlim üzrə çoxsaylı imkanlar yaradır.

Hər ilin əvvəlində şirkətin hər bir əməkdaşı üçün nəticələri ilin sonunda analiz olunan inkişaf planı tərtib edilir. Bu cür planlaşdırma kadrların xüsusi ranqlanma (dərəcələnmə) sistemi ilə, eləcə də karyer yüksəlişinin planlaşdırılması prosedurları və əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi ilə birlikdə hər bir əməkdaş üçün yeni imkanlar açaraq bizim kadr potensialını daim inkişaf etdirməyə kömək edir.

AXA MBASK Sığorta Şirkəti Azərbaycanın sığorta bazarında ən yaxşı kadrları ilə həmişə şöhrət tapıb və biz uzunmüddətli perspektivdə bu məsələdə liderlik mövqeyimizi qoruyub saxlamaq fikrindəyik.

Sizi bizim komandamızda görməyə ümid edirik!

İŞ ÜÇÜN ƏRİZƏ ANKETİ (CV)