AXA MBASK'a xoş geldiniz

FİZİKİ ŞƏXSLƏR ÜÇÜN BƏDBƏXT HADİSƏLƏRDƏN SIĞORTA

Biz sağlamlığımıza təsir edəcək hadisələri əvvəlcədən görmək iqtidarında deyilik. Amma biz zədə, xəstəlik və ailə üzvlərindən birinin ölümü kimi gözlənilməz hallarla bağlı maliyyə xərclərindən özümüzü və ailəmizi qoruya bilərik. Sadəcə AXA MBASK Sığorta Şirkətində bədbəxt hadisələrdən sığorta polisini almaq kifayətdir.

Sığorta riskləri:

  • Bədbəxt hadisə nəticəsində sığortalının ölümü,
  • Bədbəxt hadisə nəticəsində ümumi iş qabiliyyətinin azalması və ya itirilməsi,
  • Bədbəxt hadisə və ya xəstəlik nəticəsində ümumi iş qabiliyyətinin qismən itirilməsi,
  • Tibbi xərclərin ortaya çıxması.
  •  

Sığorta məbləği və tarif:

  • Sığorta məbləği sığortalanmış hər bir risk üçün ayrılıqda müştəri tərəfindən AXA MBASK Sığorta Şirkəti ilə razılaşdırılmaqla təyin olunur.
  • Sığorta tarifi sığortalanan risklərdən, sığorta məbləğindən, sığortalının cinsindən və yaşından asılı olaraq təyin olunur.