AXA MBASK'a xoş geldiniz

BANK SIĞORTASI

 

Hörmətli cənablar,
 

AXA MBASK Sığorta Şirkəti Sizin diqqətinizə girov avtomobillərin, əmlakın, borc alanların ferdi qəza riskləri üzrə təminat verən sığorta proqramlarını təqdim edir.

Bizim şirkət Unibank KB, Yapi Kredi Bank  kimi Azərbaycanın ən iri qabaqcıl bankları ilə böyük əməkdaşlıq təcrübəsinə malikdir.


Biz banklarla əməkdaşlıqda fərdi yanaşmaya üstünlük veririk. Bizim mütəxəssislər Sizin tələbatın fərdi analizini apararaq Sizə eksklüziv tariflər və sığorta şərtləri təklif etməyə hazırdır.

AXA MBASK Sığorta Şirkəti banklarla əməkdaşlığa ciddi önəm verir və bu məqsədlə də bank sektorundan olan tərəfdaşlarına təqdim etdiyi xidmətlərin keyfiyyətinə xüsusi diqqət yetirir.

Operativ və keyfiyyətli xidmət təqdim etmək məqsədi ilə bizim şirkətdə bank sektoru ilə AXA MBASK Sığorta Şirkətinin əməkdaşlığının vahid koordinasiya mərkəzi olan xüsusi Bank Sığortası Mərkəzi yaradılmışdır.

Girov avtomobillərin sığortası

GİROV AVTOMOBİLLƏRİNİN SIĞORTASI

AXA MBASK Sığorta Şirkəti uzun illərdir ki, Azərbaycanda avtomobil sığortasında liderdir.

Müxtəlif banklarla çoxillik əməkdaşlıq nəticəsində bizim şirkət avtomobillərin sığortası üzrə tərəfdaşlarımızın tələbatına maksimal yönəlik olan müqavilələrin bağlanmasındakı sadəlik və operativliklə fərqlənən xüsusi prosedur işləyib hazırlamışdır.

Banklar üçün xüsusi şərtlər:

  • Hər bank üçün onun tələbatına uyğun olaraq xüsusi tarif cədvəli fərdi qaydada işlənib hazırlanır,
  • Əlavə olaraq sığorta şirkətinə gəlməyə ehtiyac olmadan bilavasitə bankın ofisində bir-neçə dəqiqə ərzində sığorta müqaviləsinin bağlanması imkanı,
  • Avtomobil DYP-də qeydiyyatdan keşməzdən öncə sığorta müqaviləsinin bağlanması imkanı,
  • Satış sonrası mərhələdə keyfiyyətli xidmət (dəstək, sığorta hadisələrinin tənzimlənməsi)
  • AXA MBASK Sığorta Şirkətinin investisiya vəsaitlərinin tərəfdaş banklarda depoztlərdə yerləşirilməsi
  •  

Sığorta obyekti:

  • Nəqliyyat vasitələri (NV).

Sığorta riskləri:

  • Yol-nəqliyyat hadisələri,
  • Yanğın,
  • İldırım vurması,
  • Partlayış,
  • Təbii fəlakət (dolu, zəlzələ, çovğun, qasırğa, subasma, tufan),
  • Üçüncü şəxslərin pisığorta niyyətlə NV qarşı hərəkətləri,
  • Düşən əşyaların ziyan vurması,
  • Oğurluq (sındırılmaqla)
  • Sair təsadüfi və gözlənilməyən hadisələr nəticəsində zərər vurulmaq.

Siz aşağıda göstərilən informasiyanı saytdan yükləyərək sığorta şərtləri barədə detallı məlumat ala bilərsiniz:

Girov əmlakın sığortası

GİROV ƏMLAKIN SIĞORTASI

Daşınmaz əmlak kreditlər verilərkən ən çox yayılmış və tələb olunan girovdur. Məhz buna görə girov qoyulmuş əmlak itdikdə və ya zədələndikdə maliyyə təhlükəsizliyinizin təmin olunması xüsusi əhəmiyyət kəsb edir.

AXA MBASK Sığorta Şirkəti çox böyük əmlak sığortası təcrübəsinə və bu sığorta növündə ən qabaqcıl texnalogiyalara malikdir. 
Biz Sizə ən yaxşı sığorta məhsullarını təklif edirik ki, onların özəllikləri ilə Siz artıq indi tanış ola bilərsiniz.

Banklar üçün xüsusi şərtlər:

  • Hər bank üçün onun tələbatına uyğun olaraq xüsusi tarif cədvəli fərdi qaydada işlənib hazırlanır,
  • Əlavə olaraq sığorta şirkətinə gəlməyə ehtiyac olmadan bilavasitə bankın ofisində bir-neçə dəqiqə ərzində sığorta müqaviləsinin bağlanması imkanı,
  • Satış sonrası mərhələdə keyfiyyətli xidmət (dəstək, sığorta hadisələrinin tənzimlənməsi)
  • AXA MBASK Sığorta Şirkətinin investisiya vəsaitlərinin tərəfdaş banklarda depoztlərdə yerləşirilməsi
  •  

Sığorta obyekti:

  • Məzil,
  • Ev, bağ,
  • Sair daşınmaz əmlak növü.

Sığorta riskləri:

  • Yanğın,ildırım vurması,partlayış,
  • Təbii fəlakət (dolu, zəlzələ, çovğun, qasırğa, subasma, tufan),
  • İdarə olunan uçan aparatların və onların qalıqlarının düşməsi,
  • Boru və rezervuarların deşilməsi nəticəsində su boru sistemindən axan suyun əmlaka ziyan vurulması,
  • Üçüncü şəxslərin pis niyyətlə hərəkətləri, o cümlədən oğurluq (sındırılmaqla)
  • Yerüstü nəliyyat vasitələrinin vurması,
  • Sürüşmə,sel, torpaq çökmələri,
  • Digər risklər.