AXA MBASK'a xoş geldiniz

FƏRDİ MÜŞTƏRİLƏRƏ

Hörmətli cənablar,

AXA MBASK Sığorta Şirkəti Sizin diqqətinizə fiziki şəxslərin sığortası üzrə proqramları təqdim edir.

Bizim sığorta proqramları həyatın bütün sferalarında, istər bu Sizin evin, avtomobilin qorunması olsun, istərsə də xaricə səfər edərkən tibbi yardım olsun, Sizin güvənliyinizi təmin edərlər.

Fiziki şəxslərin sığortası — bizim biznesin prioritet istiqamətidir. Ona görə də bizim şirkət hər bir müştərinin tələbatını təmin etməyə qadir olan sığorta xidmətlərinin maksimal geniş spektrini təklif edir.

Sığorta təminatını bizdən alarkən Siz bir sıra üstünlüklər qazanırsınız:

  •     Biz Sizin ehtiyaclarınızı və büdcənizi nəzərə alaraq Sizə optimal xidmət dəstini seçə bilərik,
  •     İki və daha artıq sığorta məhsulu alarkən biz Sizə endirim edərik,
  •     Biz Sizə sığorta hadisələrinin şirkətimizin İSO 9001-2000 normalarına əsasən qəbul etdiyi keyfiyyət standatlarına uyğun olaraq operativ tənzimlənməsinə zəmanət veririk.

    
Bizim ekspertlər həftənin yeddi günü günün istənilən vaxtı sığorta hadisəsi barədə məlumata operativ qaydada cavab verməyə hazırdırlar.

Tibbi sığorta

sığorta, sığortası, icbari, agent, agentlik, kasko, avtomobil, onlayn,qiymətləri, kalkulyatoru,növləri,  korporativ,  əmlak, tibbi, könüllü,səyahət, yük, bank, axa, Axambask, mbask,  ödəniş, müştəri,  təkrar,maşın, qiymət, xəbər, əlaqə, vakansiya,bonus, malus, bakı, sumqayıt, lənkəran, gəncə, quba ,qusar, şəki, tovuz, yevlax, şəmkir, masallı,hadisəsi, şirkət, fiziki, şəxs, risk, məsuliyyət, qanun, imkan,yenilik, endirim,sigorta, siqorta,siqortası, sigortası insurance, auto, online, property, qiymetleri, corporate, motor, medical, travel, compulsory, reinsurance, emlak, konullu, seyahet, yuk, odenish, Mushteri, mashin, qiymet, xeber,elaqe,shirket,hadise, baki, sumqayit, lenkeran, gence, sheki, masalli, hadisesi, shirket, company, mesuliyyet,страховка, страхование, обязательное, осаго, цены, калькулятор, агент, агентство, каско, онлайн, автомобильное, корпоративное, имущество, медицинское, добровольное, выежающих, за рубеж, перестрахование, цена,  банковское, грузов, физических, лиц, ответственность, выплаты, выплата, автомобиль, вакансия, бонус, малус, баку, сумгайыт, лянкаран, гянджа, губа, гусар. Шеки, товуз, евлах, шамкир, масаллы, скидка, новости“Sağlam həyat” sığorta paketi

AXA MBASK Sığorta Şirkəti “Sağlam həyat” adlı könüllü tibbi sığorta polisini təklif edir. “Sağlam həyat” fiziki şəxslər üçün YALNIZ STASİONAR XİDMƏT təklif edən, ölkənin sığorta bazarında analoqu olmayan tamamilə yeni məhsuldur

16 yaşdan etibarən 60 yaşa qədər olan hər bir fiziki şəxs tibbi sığorta planına daxil olmaq hüququna malikdir

MƏSULLİYƏT HƏDDİ

“Sığorta planına daxil olmayanlar” bölməsində göstərilənlər istisna olmaqla, Sığorta Şirkəti aşağıda qeyd olunan sığorta məsuliyyəti həddində Sizin bütün tibbi xərclərinizi ödəyir:

  • - Ümumi illik limit - 30,000 AZN
  • - Gözləmə müddəti – 6 ay
  • - Fasiləsiz olaraq xəstəxanada qalma müddəti - 60 gün
  • - Əhatə ərazisi - Azərbaycan Respublikası
  • - SIĞORTA HAQQI – 200 AZN

 

GÖZLƏMƏ MÜDDƏTİ

Bu müddət ərzində heç bir cərrahiyə əməliyatları və stasionar yardım xərcləri üzrə təminat verilmir, hətta baxmayaraq ki, bu hadisələr kəskin və qəfil olaraq baş vermişdir (bədbəxt hadisə nəticəsində yaranan hallar istisna olaraq təminata daxildir).

TƏMİNATA DAXİL OLANLAR:

Əsas təminatın təsviri:

  •           - Cərrahi əməliyyatlarin aparılması
  •           - Mütəxəssis həkimlər tərəfindən aparılan müalicə (fizioterapiya, tibbi massaj, müalicəvi idman, akupunktura, manual terapiya  daxil olmaqla)
  •           - Diaqnostik-instrumental və laborator tədqiqatların aparılması
  •           - Təyin edilmiş dərmanlarla təmin edilmə
  •           - Əməliyyatdan sonrakı və ümumi qayğı
  •           - Reanimasiya
  •           - Reabilitasiya
  •           - Xəstənin qida və palata ilə təmin edilməsi (təminata ikinəfərlik standart palata daxildir)

 

Reabilitasiya:  Bilavasitə keçirilmiş cərrahiyyə əməliyyatı ilə əlaqədar olaraq və tibbi göstərişin olması şərtilə, Sığorta planı çərcivəsində Cərrahiyyə əməliyyatı keçirildikdən sonra 3 ay müddət ərzində diaqnostik, laborator tədqiqatların aparılmasına və mütəxəssis həkimlərin müayinəsi üzrə təminat verilir. Reabilitasiya müddətində təyin edilmiş dərmanlarla təmin edilmə və fizioterapevtik prosedurların aparılması (fizioterapiya, tibbi massaj, müalicəvi idman, akupunktura, manual terapiya daxil olmaqla) sığorta planına daxil olunmur.

Əlavə təminatın təsviri:

  •          - Onkoloji xəstəliklər:

 

Xoşxassəli yenitörəmələrin əməliyyat edilməsi xəstənin həyatı və yaşaması üçün zəruri hal təşkil edildiyi vəziyyətlərdə cərrahiyyə əməliyyatı üzrə təminat verilir.

Bədxassəli yenitörəmələrinin cərrahi müalıcəsinə təminat verilir.

Qeyd: Kimyəvi üsulla müalicə kursu və bu prosedurun keçirilməsi üçün istifadə olunan dərmanların daxil olunması yalnız cərrahiyyə əməliyyatı keçirildikdən sonra 3 ay müddət ərzində həkim tərəfindən tibbi göstəriş olduğu halda reabilitasiya yardım planı çərçivəsində təminat verilir.

  •          - Kardiocərahiyyə:

 

Yalnız sığorta müddəti ərzində baş vermiş miokardın kəskin infarktının müalicəsi üçün tələb olunan və həkim tərəfindən təyin edildiyi halda aorto-koronar şuntlama və kardiostentlərin qoyulması üçün əməliyyatlarının keçirilməsi üzrə təminat verilir. Əməliyyat olunmanın zəruriyyəti təsdiq edildiyi halda angioqrafiya üzrə xərcləri sığorta şirkəti öz üzərinə götürür.

  •          - Orqan transplantasiyası

 

Yalnız bədbəxt hadisənin baş verməsi nəticəsində orqan transplantasiyası üzrə cərrahiyyə əməliyyatları sığorta təminatına daxildir.

Qeyd: Transplantasiya üçün tələb olunan donor orqanının axtarışı və alınması və həmçinin bu məqsədlə həyata keçirilən ödənişlər sığorta planına daxil deyil. Transplatasiya üçün canlı donor istifadə edildiyi halda donor orqanı almaq məqsədi ilə aparılan cərahhiyə əməliyyatı üzrə xərclər sığorta şirkəti tərəfindən ödənilmir. Əməliyyat nəticəsində donor organı gəbul olunmadığı halda təkrar transplantasiya üzrə təminat həmin sığorta müddəti ərzində sığorta planına daxil deyil.

  •           - Aşağı ətrafların venalarının varikoz genişlənməsi (cərrahiyyə əməliyyatı)

 

Aşağı ətrafların venalarının varikoz genişlənməsi üzrə tələb olunan cərrahiyyə əməliyyatına təminat verilir. Damar ulduzcuqlarının aradan qaldırılması məqsədilə aparılan əməliyyat müdaxiləsi plastik cərrahiyə sayılır və bu təminat sığorta planına daxil deyil. Varikosele anadangəlmə patalogiya hesab olunduğu üçün aparılan əməliyyat müdaxiləsi sığorta planına daxil deyil. Reabilitasiya çərçivəsində müdaxilə sonrası tələb olunan yardımçı tibbi ləvazimatlar, elastik bintlər, corablar və s. sığorta planına daxil deyil.

  •           - Oynaqların endoprotezləndirilməsi, ətrafların protezləndirilməsi.

Oynağın endoprotezlə əvəzedilməsi, ətrafların protezləndirilməsi üzrə cərrahiyyə əməliyyat (anadangəlmə patologiyalar istisna olmaqla) xərcləri sığorta planına daxildir. Endoprotezin  özünün dəyəri, protezlərin dəyəri sığorta planına daxil deyil.

 

* Sığorta planına daxil olmayan xəstəliklər və hadisələr barədə burdan ətraflı məlumat ala biləcəksiniz

 

TİBBİ YARDIM ÜÇÜN MÜRACİƏT ETMƏ QAYDASI:

  • -Sığorta hadisəsi baş verdikdə, yəni stasionar tibbi yardım alınması tələb olunduqda Biz təkidlə məsləhət görürük ki, Siz dərhal sığorta şirkətinin Məsləhət-Dispetçer mərkəzi ilə əlaqə saxlayasınız və Bizim həkim-koordinatorlarımız Sizə tez bir zamanda yüksək səviyyədə tibbi xidmət almaq üçün sığorta şirkətinə tələb olunan məlumatların verilməsi barəsində məsləhət verəcəklər.
  •  
  • -Əvvəlcədən Sığorta Şirkəti ilə razılaşdırılmayan hər hansı müalicə, müayinə və s. tibbi xidmətlər üzrə sığorta təminatı verilmir.
  •  
  • -İlkin ekspertiza üçün sığorta şirkətinə aşağıdakı məlumatların təqdim olunması tələb olunur və Sığorta şirkəti bu məlumatların məxfi qalmasını öz öhdəliyinə götürür:
  •  
  • -Sığortalının adı, soyadı, atasının adı və mümkün olarsa sığorta polisinin nömrəsi. 
  •  
  • -Müayinə aparılan tibbi müəssisənin adı
  •  
  • -Müayinə aparan həkimin adı, soyadı və əlaqə nömrələri
  •  
  • -Tibbi diagnozun ətraflı təsviri
  •  
  • -Qeyd olunan sığorta hadisəsi ilə əlaqədar keçirilən bütün diaqnostik və laborator tədqiqatlar üzrə orijinal sənədlər.
  •  
  • -Həkim tərəfindən stasionar yardımın tələb olunduğunu təsdiq edən göndəriş

 

Bütün yuxarıda sadalanan sənədlər təqdim olunandan sonra Bizim yüksək təcrübəli tibbi ekspert tərəfindən sığorta hadisəsinin tibbi ekspertizası keçirələcək. 

Sığorta şirkətinin tibbi ekspertizası tərəfindən sığorta hadisəsinin sığorta şirkəti və pasient arasında bağlanılmış müqavilənin şərtlərinə müvafiq olaraq baş verilməsi təsdiq olunduqdan sonra, sizə diaqnozdan asılı olaraq tələb olunan tibbi xidmət üzrə yüksək təcrübəli tibbi mütəxəssislər və ən yaxşı tibbi müəssisələr məsləhət görüləcək, klinikalarda konsultasiya ilə təmin olunacaq, bütün zəruri olan prosedurlar barəsində təlimatlar veriləcək, həmçinin tibbi yardımın keçirilməsi üzrə keyfiyyər zəmanətinin təqdim olunması üçün nəzarət olunacaq.

Məsləhət-Dispetçer şöbəsi ilə (012) 950 telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz:

  • PODRATÇI MÜƏSSİSƏLƏR

Bizim şirkət özünəməxsus yüksək səviyyəli tibbi yardım sistemi yaratmışdır. Bu sistemə Bakı və Azərbaycan ərazisində fəaliyyət göstərən qabaqcıl tibb müəssisələri daxildir. Bu siyahıya daxil olan klinikalar və apteklər Sizə yüksək səviyyəli tibbi yardım göstərməyə hazırdır.

TİBBİ MÜƏSİSƏLƏR

 

Mərkəzi Klinika

*

Bakı, Parlament küç., 76

'

439 24 30

Mərkəzi Neftçilər Xəstəxanası

*

Bakı, Yusif Səfərov küç., 19

'

490 13 19

“Mediluks”*

*

Bakı, O.Salamzadə küç., 66B

'

563 55 05

“Ortoped” Özəl Şəhər Xəstaxanası

*

Bakı, Səməd Vurğun küç., 138

'

440 51 11

“Uniklinika” Endo Klinika *

*

Bakı, B.Ağayev küç., 115

'

510 80 70

“Diaqnoz” Tibb Mərkəzi

*

Bakı, Sarayev küç., 19

'

(050) 323 31 98

“HB Co Ltd” Tibb Mərkəzi

*

Bakı, Atatürk prospekti, 3078-ci məhəllə

'

436 14 96

“NEW GANJA” Tibb Mərkəzi

*

Gəncə şəhəri, Yeni Gəncə qəs., 28 May küçəsi

'

 051 386 46 13

“Real Tibb Mərkəzi”

*

Sumqayıt, 45-ci məhəllə, ev 14

'

(018) 642 45 80

“N-KAY-M” Tibb Mərkəzi

*

Xaçmaz, N.Nərimanov küç., 49

'

(0172) 3 66 77 (74)

DNK Tibb Mərkəzi

*

Gəncə,20 Yanvar küç., 52

'

(994 222) 59-07-15

OKI Qusarı*

*

Qusar, F.Mustafayev küç., 27

'

(0138) 5 29 15

“Podratçı Tibbi Müəssisələr” tərəfindən Sizə təqdim olunan tibbixidmətlərin səviyyəsindən hər hansı narazılığınız olarsa, aşağıda göstərilən əlaqə vasitələri ilə dərhal şirkətimizə məlumat verin:

Mob: 050-225-31-30

Telefon: 012 493-53-09;

E-mail: medical@axambask.az

Bizim expertimiz dərhal suallarınıza cavab verəcək, yaranmış problemi maraqlarınız nöqteyi-nəzərindən və Sizi qane edəcək şəkildə həll etməyə çalışacaq. Şikayətiniz əsasında problemin həlli üçün mümkün olan bütün zəruri tədbirlər həyata keçiriləcəkdir. Əmin edirik ki, Sizin ən yüksək səviyyəli tibbi yardım almaq imkanınız var.

 

 

Avtomobil sığortası

FİZİKİ ŞƏXSLƏRİN AVTOMOBİLLƏRİNİN SIĞORTASI

AXA MBASK Sığorta Şirkəti uzun illərdir ki, Azərbaycanda avtomobil sığortasında liderdir.
Avtomobil sığortası bazarında çoxillik şirkət təcrübəsinə görə AXA MBASK Sığorta Şirkəti ən müxtəlif tipli müştərilərlə unikal iş təcrübəsinə malikdir. AXA MBASK Sığorta Şirkətinin sığortaladığı on minlərlə avtomobil arasında premium sinfə aid bahalı avtomobillər olduğu kimi adi avtomobillər də var.

Fiziki şəxslərin avtomobillərinin sığortası aşağıdakı şərtlər üzrə həyata keçirilir:

Üstünlüklər:

  • Hadisə yerindən avtomobilin evakuasiyası (qeyri-məhdud dəfə),
  • Avtomobilin təmirinin ancaq AXA MBASK Sığorta Şirkətinin tərəfdaşları kimi təsdiq olunmuş ixtisaslaşdırılmış təmir mərkəzlərində aparılması,
  • Zəmanətli və yeni avtomobillərin təmirinin ancaq istehsalçı zavodun rəsmi nümayəndəliklərində aparılması,
  • Kiçik məbləğdə zərərin hadisə DYP-də rəsmiləşdirilmədən ödənişi (YNH-də günahkar sığortalı olduğu halda),
  • Zərər sığorta şirkəti tərəfindən qimətləndirildikdən sonra onun dəyərinin sığorta ödənişi kimi verilməsinin mümkünlüyü,
  • Daimi informasiya dəstəyi.


KASKO SIĞORTA

Sığorta obyekti:
  • Nəqliyyat vasitələri (NV).
Sığorta riskləri:
  • Yol-nəqliyyat hadisəsi,
  • Yanğın,
  • İldırım vurması,
  • Partlayış,
  • Təbii fəlakət (dolu, zəlzələ, çovğun, qasırğa, subasma, tufan),
  • Üçüncü şəxslərin pis niyyətlə NV-yə qarşı hərəkətləri,
  • Düşən əşyaların ziyan vurması,
  • Oğurluq (sındırılmaqla)
  • Sair təsadüfi və gözlənilməyən hadisələr nəticəsində vurulmuş ziyan.

MÜLKİ MƏSULİYYƏTİN SIĞORTASI

Sığorta obyekti:
  • Avtomobil sahibinin məsuliyyəti.
Sığorta növləri:
  • Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (NVSMMİS)
  • Avtomobil sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası (NVSMMKS)
Sığorta hadisəsi:
  • Avtomobil sahibinin sığortalanmış avtomobili idarə edərkən digər şəxslərin həyatına, salamlığına və əmlakına vurulmuş zərərin ödənilməsi mükəlləfiyyəti.

SÜRÜCÜNÜN VƏ SƏRNIŞINLƏRIN BƏDBƏXT HADISƏLƏRDƏN SIĞORTASI

Sığorta Obyekti:
  • NV-də sürücünün və sərnişinlərin həyat və sağlamlıqları
Sığorta hadisəsi:
  • Avtomobildə olarkən, ya da ona minərkən və ya düşərkən baş vermiş bədbəxt hadisə nəticəsində sığortalının və sərnişinlərin sağlamlığına zərər dəyməsi və ya ölümü.

ƏLAVƏ TƏMİNATLAR

 

  • Əlavə avadanlığın sığortası — avtomobildə quraşdırılmış və onun zavod komplektasiyasına daxil olmayan audio, video aparatlar, rabitə və xəbərdarlıq sistemləri, işıq-texniki və digər avadanlıq oğurlandıqda, zədələndikdə və ya məhv olduqda,
  • Qıfılların dəyişdirilməsi — sığortalanmış maşının açar və/və ya pultunun itməsi və ya oğurlanması ilə bağlı qıfılların, açar və/və ya pultun dəyişdirilməsi üzrə xərclərin ödənişi,
  • Təcili texniki yardım — sığorta hadisəsi (risk) olmayan hadisə nəticəsində avtomobilin xarab olduğu və ya sıradan çıxdığı halda sığortalanmış avtomobilə yollarda təcili texniki yardımın təşkil olunması,
  • Təcili tibbi yardım — zərurət yarandığı təqdirdə sığortalanmış avtomobilin sürücüsü və sərnişinlərinə təcili tibbi yardımın təşkil olunması,
  • Hadisənin araşdırılması ilə bağlı xərclər — sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxslərdən dəymiş zərərin əvəzinin qaytarılması ilə bağlı sığortalının məhkəmə xərclərinin (dövlət rüsumu və işin baxılması ilə bağlı xərclər), sığorta müqaviləsi ilə təmin olunmayan və /və ya məhkəmədən kənarda mübahisələrin həlli üçün cəlb olunmuş vəkillərin xidmətinin ödəniş xərclərinin sığortalıya ödənişi,
  • Digər avtomobilin idarə olunması — sığortalanmış avtomobildən fərqli digər avtomobili idarə edərkən sığortalının mülki məsuliyyəti təmin olunur.

 

Əmlak sığortası

FİZİKİ ŞƏXSLƏRİN ƏMLAKININ SIĞORTASI

Daşınmaz əmlak Sizin sabaha əminliyinizin və stabilliyinizin rəhni, maliyyə dayanıqlılığınızın və dincliyinizin zəmanətidir. Məhz buna görə Sizin əmlak itdikdə və ya zədələndikdə maliyyə təhlükəsizliyinizin təmin olunması xüsusi əhəmiyyət kəsb edir.

AXA MBASK Sığorta Şirkəti çox böyük əmlak sığortası təcrübəsinə və bu sığorta növündə ən qabaqcıl texnalogiyalara malikdir.

Biz Sizə ən yaxşı sığorta məhsullarını təklif edirik ki, onların özəllikləri ilə Siz artıq indi tanış ola bilərsiniz.

Bizim üstünlüklərimiz:

  • Hər bir müştəiyə fərdi yanaşma və hər bir sığortalı üçün fərdi tariflərin hesablanması,
  • Sizin evdə yanğına qarşı təhlükəsizlik sistemlərinin quraşdırılması üzrə tövsiyələrin verilməsi də daxil olmaqla risklərin minimallaşdırılması üzrə sığorta məsləhətlərinin verilməsi,
  • daimi informasiya dəstəyi,
  • ancaq Sizi maraqlandıran riskləri seçməklə Sizin öz sığorta təminatlarınızı formalaşdırmaq imkanı (bütün risklərə görə ödəməyə ehtiyac yoxdur, ancaq Sizi maraqlandıranlara görə ödəyin)
  •  

Sığorta Obyekti:

  • Mənzil,
  • Ev, bağ,
  • Məişət texnikası,
  • Mebel və digər əmlak.
  •  

Sığorta riskləri:

  • Yanğın,ildırım vurması,partlayış,
  • Təbii fəlakət (dolu, zəlzələ, çovğun, qasırğa, subasma, tufan),
  • İdarəolunan uçan aparatların və onların qalıqlarının düşməsi,
  • Boru və rezervuarların deşilməsi nəticəsində su boru sistemindən axan suyun əmlaka ziyan vurulması,
  • Üçüncü şəxslərin pis niyyətlə hərəkətləri, o cümlədən oğurluq (sındırılmaqla),
  • Yerüstü nəliyyat vasitələrinin vurması,
  • Sürüşmə,sel, torpaq çökmələri,
  • Digər risklər.
  •  

Əlavə təminat:

  • Üçüncü şəxslərin (o cümlədən qonşuların) əmlakına və səhhətinə vurduğu ziyana görə ev sahibinin məsuliyyətinin sığortası.

 

 

Bədbəxt hadisələrdən sığorta

FİZİKİ ŞƏXSLƏR ÜÇÜN BƏDBƏXT HADİSƏLƏRDƏN SIĞORTA

Biz sağlamlığımıza təsir edəcək hadisələri əvvəlcədən görmək iqtidarında deyilik. Amma biz zədə, xəstəlik və ailə üzvlərindən birinin ölümü kimi gözlənilməz hallarla bağlı maliyyə xərclərindən özümüzü və ailəmizi qoruya bilərik. Sadəcə AXA MBASK Sığorta Şirkətində bədbəxt hadisələrdən sığorta polisini almaq kifayətdir.

Sığorta riskləri:

  • Bədbəxt hadisə nəticəsində sığortalının ölümü,
  • Bədbəxt hadisə nəticəsində ümumi iş qabiliyyətinin azalması və ya itirilməsi,
  • Bədbəxt hadisə və ya xəstəlik nəticəsində ümumi iş qabiliyyətinin qismən itirilməsi,
  • Tibbi xərclərin ortaya çıxması.
  •  

Sığorta məbləği və tarif:

  • Sığorta məbləği sığortalanmış hər bir risk üçün ayrılıqda müştəri tərəfindən AXA MBASK Sığorta Şirkəti ilə razılaşdırılmaqla təyin olunur.
  • Sığorta tarifi sığortalanan risklərdən, sığorta məbləğindən, sığortalının cinsindən və yaşından asılı olaraq təyin olunur.

 

 

 

 

Səyahət sığortası

Ölkədən xaricə səfər edən şəxslərin bədbəxt hadisələrdən və tibbi xərclərdən sığortası

Siz, hər dəfə səfər edərkən sağlamlığınızı kimə etibar etdiyiniz barədə düşünürsünüzmü? Əgər Siz özünüz və yaxınlarınız üçün bizim “Ölkədən xaricə səfər edən şəxslərin bədbəxt hadisələrdən və tibbi xərclərdən sığortasını” əldə etsəniz bu barədə narahat olmağınıza ehtiyac duyulmayacaq.

İnter Partner Assistance beynalxalq assistant şirkətinin koordinasiya mərkəzinin vasitəsi ilə, ən qisa zamanda dünyanın ən yaxşı tibbi müəssisələrində Sizin üçün keyfiyyətli xidmət,  yüksək ixtisaslı mütəxəssislər Sizin xidmətinizdə olacaqlar. Sığorta baş verdikdə İnter Partner Assistance şirkətinin xidmət mərkəzi tibbi yardımın göstərilməsini təmin edir, müalicə gedişatına nəzarət edir və diğər xidmətlər göstərir

Sığortalı şəxs aşağıda qeyd olunan xidmətlərdən yararlana bilər

* Tibbi xidmətlər (təcili yardım, diaqnostika, müalicə,qospitallaşdırma, cərrahi müdaxilə, tibbi preparatların təchizatı) ;

* Tlbbi evakuasiya, repatriasiya, ölümdən sonraki repatriasiya: habeləxəstəliklə əlaqədar konsultasiya və nəqliyyat xərclərin ödənilməsi

Müqavilə həm də bədbəxt hadisələrdən sığorta təminatını nəzərdə tutur.

Qaydalarla burdan tanış ola bilərsiniz.

APTEKİM Sığorta məhsulu

sığorta, sığortası, icbari, agent, agentlik, kasko, avtomobil, onlayn,qiymətləri, kalkulyatoru,növləri,  korporativ,  əmlak, tibbi, könüllü,səyahət, yük, bank, axa, Axambask, mbask,  ödəniş, müştəri,  təkrar,maşın, qiymət, xəbər, əlaqə, vakansiya,bonus, malus, bakı, sumqayıt, lənkəran, gəncə, quba ,qusar, şəki, tovuz, yevlax, şəmkir, masallı,hadisəsi, şirkət, fiziki, şəxs, risk, məsuliyyət, qanun, imkan,yenilik, endirim,sigorta, siqorta,siqortası, sigortası insurance, auto, online, property, qiymetleri, corporate, motor, medical, travel, compulsory, reinsurance, emlak, konullu, seyahet, yuk, odenish, Mushteri, mashin, qiymet, xeber,elaqe,shirket,hadise, baki, sumqayit, lenkeran, gence, sheki, masalli, hadisesi, shirket, company, mesuliyyet,страховка, страхование, обязательное, осаго, цены, калькулятор, агент, агентство, каско, онлайн, автомобильное, корпоративное, имущество, медицинское, добровольное, выежающих, за рубеж, перестрахование, цена,  банковское, грузов, физических, лиц, ответственность, выплаты, выплата, автомобиль, вакансия, бонус, малус, баку, сумгайыт, лянкаран, гянджа, губа, гусар. Шеки, товуз, евлах, шамкир, масаллы, скидка, новости

 

  

  

 

 

 

 

Təminatlar:

        -Yanğın
        -Partlayış
        -Daxili su basma
        -Zəlzələ
        -Üçüncü şəxslərin qərəzli qanuna zidd olan hərəkətləri
        -Sındırmaqla oğurluq
        -Hər hansı təsadüfi hadisələr nəticəsində şüşə vitrin,
        -Qapı və pəncərələrin sınması


Eləcədə, Əczaçının və ya digər işçi heyətinin etinasız səhvi, xətası və ya yalnış məsləhəti nəticəsində müştərilərdə səhhət pozuntusununun əmələ gəlməsi ilə əlaqəli aptek sahibinin, əczaçının və ya digər işçi heyətinin mülki məsuliyyətinin yaranması

 
Sığorta şərtləri:


Sığorta hadisəsi baş verdiyi zaman sığorta ödənişi rəsmi sənədlər və / və ya daxili sənədləşməyə əsasən həyata keçiriləcək.
Sığorta hadisəsi baş verən zaman mallara və İçindəkilərə, yəni mebelə, elektron cihazlara, avadanlıqlara və təsərrüfat inventarına dəymiş zərərlə bağlı sığorta ödənişi, sığorta müqaviləsində göstərilən limitləri aşmamaq sərti ilə rəsmi sənədlərdə və ya daxili sənədləşmədə əks olunan məbləğlərə uyğun həyata keçiriləcək.
Sığorta hadisəsi üzrə ödəniş heç bir halda müqavilədə göstərilən limitlərdən çox ola bilməz.
Oğurluq hadisəsi baş veridiyi halda lazımı olan sənədlər (məsələn: cinayət işinin başlanması haqqında qərar və s.) Sığortalı tərəfindən təqdimolunmalıdır.

 

sığorta, sığortası, icbari, agent, agentlik, kasko, avtomobil, onlayn,qiymətləri, kalkulyatoru,növləri,  korporativ,  əmlak, tibbi, könüllü,səyahət, yük, bank, axa, Axambask, mbask,  ödəniş, müştəri,  təkrar,maşın, qiymət, xəbər, əlaqə, vakansiya,bonus, malus, bakı, sumqayıt, lənkəran, gəncə, quba ,qusar, şəki, tovuz, yevlax, şəmkir, masallı,hadisəsi, şirkət, fiziki, şəxs, risk, məsuliyyət, qanun, imkan,yenilik, endirim,sigorta, siqorta,siqortası, sigortası insurance, auto, online, property, qiymetleri, corporate, motor, medical, travel, compulsory, reinsurance, emlak, konullu, seyahet, yuk, odenish, Mushteri, mashin, qiymet, xeber,elaqe,shirket,hadise, baki, sumqayit, lenkeran, gence, sheki, masalli, hadisesi, shirket, company, mesuliyyet,страховка, страхование, обязательное, осаго, цены, калькулятор, агент, агентство, каско, онлайн, автомобильное, корпоративное, имущество, медицинское, добровольное, выежающих, за рубеж, перестрахование, цена,  банковское, грузов, физических, лиц, ответственность, выплаты, выплата, автомобиль, вакансия, бонус, малус, баку, сумгайыт, лянкаран, гянджа, губа, гусар. Шеки, товуз, евлах, шамкир, масаллы, скидка, новости        sığorta, sığortası, icbari, agent, agentlik, kasko, avtomobil, onlayn,qiymətləri, kalkulyatoru,növləri,  korporativ,  əmlak, tibbi, könüllü,səyahət, yük, bank, axa, Axambask, mbask,  ödəniş, müştəri,  təkrar,maşın, qiymət, xəbər, əlaqə, vakansiya,bonus, malus, bakı, sumqayıt, lənkəran, gəncə, quba ,qusar, şəki, tovuz, yevlax, şəmkir, masallı,hadisəsi, şirkət, fiziki, şəxs, risk, məsuliyyət, qanun, imkan,yenilik, endirim,sigorta, siqorta,siqortası, sigortası insurance, auto, online, property, qiymetleri, corporate, motor, medical, travel, compulsory, reinsurance, emlak, konullu, seyahet, yuk, odenish, Mushteri, mashin, qiymet, xeber,elaqe,shirket,hadise, baki, sumqayit, lenkeran, gence, sheki, masalli, hadisesi, shirket, company, mesuliyyet,страховка, страхование, обязательное, осаго, цены, калькулятор, агент, агентство, каско, онлайн, автомобильное, корпоративное, имущество, медицинское, добровольное, выежающих, за рубеж, перестрахование, цена,  банковское, грузов, физических, лиц, ответственность, выплаты, выплата, автомобиль, вакансия, бонус, малус, баку, сумгайыт, лянкаран, гянджа, губа, гусар. Шеки, товуз, евлах, шамкир, масаллы, скидка, новости