AXA MBASK'a xoş geldiniz

İKİTƏRƏFLİ SIĞORTA

İKİTƏRƏFLI SIĞORTA yalnız  AXAMBASK Sığorta Şirkətində avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi yazdırmış müştərilərə təklif olunur.

İkitərəfli sığorta yol-nəqliyyat hadisələri zamanı hər iki tərəfi, yəni həm təqsirli olan avtomobilin sahiblərini,həm zərərçəkmiş üçüncü şəxsləri qoruma altlına alır.

Beləki, İKİTƏRƏFLI SIĞORTA məhsulu avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortasına bağlı aşağıdakı təminatları əhatə edir:

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası

Sığorta müqaviləsində göstərilən avtomobilin istifadəsi zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına və (və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə sığorta olunanın mülki məsuliyyətinin yaranması hallarına təminat verilir.

Sığorta limiti:

Hər bir hadisə üzrə və cəmi: AZN 500

Hadisədən sonra sərnişin nəqliyyatından istifadə ilə bağlı xərclər üzrə əlavə təminat

Sığorta müddəti ərzində sığortalanmış avtomobilin istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə onun sahibinin mülki məsuliyyətin yaranması halında, bu əlavə təminat üzrə yol nəqliyyat hadisəsinin iştirakçısı olan hər bir avtonəqliyyat vasitəsinin sahibinə (sürücüsünə) bu bölmədə göstərilən sığorta məbləği həddində sığorta ödənişi verilir

Sığorta məbləği:                         

Hər bir avtomobil sahibinə: 50 AZN

Bir hadisə üzrə cəmi: 250 AZN

Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin toplanması xərcləri üzrə əlavə təminat

Sığorta şirkəti səlahiyyətli dövlət orqanının tərtib etdiyi sığorta hadisəsi hesab edilə bilən hadisənin baş verməsi faktını təsdiq edən sənəd(lər)in təqdim olunmasını tələb etdikdə, sığortalıya (sığorta olunana) və ya onun tələbi ilə üçüncü şəxsə bu əlavə təminat üzrə müəyyən olunmuş sığorta məbləği miqdarında sığorta ödənişi verilir. Sığortaçı bu sənədləri tələb etmədikdə, sığorta ödənişi verilmir.

Sığorta məbləği:                         

Hər bir hadisə üzrə: AZN 100

Avtomobilə dəymiş zərərə görə əlavə təminat

Sığortalanmış avtomobil istifadə olunarkən baş verən yalnız digər avtomobilin, piyadanın və ya heyvanların vurulması nəticəsində avtomobil sahibinin üçüncü şəxs qarşısında mülki məsuliyyətinin yarandığı halda, bu sığorta şəhadətnaməsində göstərilən avtomobilə dəymiş real zərərə görə sığorta məbləği həddində sığorta ödənişi verilir.

Sığorta limiti:

Seçim 1.Sığorta limiti: Hər bir hadisə üzrə: AZN 500

Seçim 2. Sığorta limiti: Hər bir hadisə üzrə: AZN 1 000

Seçim 3. Sığorta limiti: Hər bir hadisə üzrə: AZN 1 500

Azadolma tədbiq olunmur  və sığorta limiti sığorta hadisələrin sayından asılı olmayaraq sığorta müddəti ərzində qüvvədədir.

QEYD: Bu əlavə təminat avtomobil tam (KASKO) sığortası təminatı deyil. Ona görə sığorta şəhadənaməsində göstərilən avtomobilə dəymiş zərərlərin əvəzi yalnız Sığortalının AXAMBASK Sığorta Şirkətində buraxılmış icbari sığorta müqaviləsinə əsasən digər avtomobilin zədələnməsinə, piyadanın və ya heyvanların vurulmasına görə zərəçəkmiş üçüncü şəxslərə ödəniş verildikdə ödənilir.       

İstisnalar:

  • Avtomobil ağaclara, işıq dirəklərinə, səkilərə, baryerlərə, bina və tikililərə, digər qurğulara və sair bu kimi hərəkətsiz maneələrə dəydikdə;

  • Yağış, dolu, su basması, sel, daşqın, fırtına, qasırğa, tufan, zəlzələ və digər təbii fəlakət hadisələri nəticəsində;

  • Yanğın, partlayış, üçüncü şəxslərin qərəzli hərəkəti, oğurluq, qaçırma, atılmış və ya düşmüş əşyalar nəticəsində;

  • Avtomobil sahibinin üçüncü şəxs qarşısında mülki məsuliyyəti yaranmadığı (hadisənin baş verməsində təqsirli olmadığı) bütün hallar;

  • Bu əlavə təminatda göstərilməyən bütün digər hallar.


     

SEÇİM 1

Əsas təminat

Sığorta məbləği

Üçüncü şəxslər qarışında mülki məsuliyyətin könüllü sığortası

AZN 500

Əlavə təminatlar

Avtomobilə dəymiş zərərə görə əlavə təminat

AZN 500

Hadisədən sonra sərnişin nəqliyyatından istifadə ilə bağlı xərclər üzrə təminat

Hər bir avtomobil sahibinə: 50 AZN Bir hadisə üzrə cəmi:  250 AZN

Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin toplanması xərcləri üzrə əlavə təminat

Hər bir hadisə üzrə: AZN 100

SIĞORTA HAQQI

AZN 49


SEÇİM 2

Əsas təminat

Sığorta məbləği

Üçüncü şəxszlər qarışında mülki məsuliyyətin könüllü sığortası

AZN 500

Əlavə təminatlar

Avtomobilə dəymiş zərərə görə əlavə təminat

AZN 1000

Hadisədən sonra sərnişin nəqliyyatından istifadə ilə bağlı xərclər üzrə təminat

Hər bir avtomobil sahibinə: 50 AZN Bir hadisə üzrə cəmi: 250 AZN   

Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin toplanması xərcləri üzrə əlavə təminat

Hər bir hadisə üzrə: AZN 100

SIĞORTA HAQQI

AZN 79


SEÇİM 3

Əsas təminat

Sığorta məbləği

Üçüncü şəxslər qarışında mülki məsuliyyətin könüllü sığortası

AZN 500

Əlavə təminatlar

Avtomobilə dəymiş zərərə görə əlavə təminat

AZN 1500

Hadisədən sonra sərnişin nəqliyyatından istifadə ilə bağlı xərclər üzrə təminat

Hər bir avtomobil sahibinə: 50 AZN Bir hadisə üzrə cəmi: 250 AZN  

Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin toplanması xərcləri üzrə əlavə təminat

Hər bir hadisə üzrə: AZN 100

SIĞORTA HAQQI

AZN 99

 

Tariflər

Tariflər

 

S.n. Avtonəqliyyat vasitəsinin növü Əmsallar Sığorta haqqı
1. Minik avtomobillərinin və onların bazasında istehsali edilmiş digər avtonəqliyyat vasitələri – mühərriklərinin həcminə görə:    
-     50 sm3 – 1500 sm3 1 50
-     1501 sm3 – 2000 sm3 1,5 75
Ø     2 001 sm3 – 2500 sm3 2 100
Ø     2501 sm3 – 3000 sm3 2,5 125
Ø     3001 sm– 3500 sm 3 150
Ø     3501 sm3– 4000 sm3 3,5 175
Ø     4001 sm3– 4500 sm3 4 200
Ø     4501 sm3– 5000  sm3 4,5 225
Ø     5000 sm3-dən çox 5 250
2. Avtobuslar, mikroavtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri – sərnişin yerlərinin sayına görə:    
-       9 – 16 3 150
-       16 – dan artıq 4 200
3. Yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri – icazə verilən maksimum kütləsinə görə:    
-       3500 kq-dan çox olmadıqda 3 150
-       3501 kq – 7 000 kq 4 200
-       7000 kq – dan yuxarı 5 250
4. Motosikletlər və motorollerlər 1 50
5. Qoşqular və yarımqoşqular 0,5 25
6. Traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri 1 50
7. Trolleybuslar və tramvaylar 2 100
       
 

Avtonəqliyyat vasitəsinin sahibi hüquqi şəxs olduqda 20% yükləmə tətbiq olunur
 

 

 

Avtoməsuliyyət sığortası

Avtoməsuliyyət sığortası

Mülkiyyətində avtomobili olan, yaxud avtomobilə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən hər bir şəxs avtomobilin Azərbaycan Respublikası ərazisində stifadəsi ilə bağlı mülki məsuliyyətini məcburi qaydada sığortalamalıdır.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi avtomobillərin istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə bağlanılır.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi yalnız müvafiq informasiya sistemi vasitəsilə bağlanmalıdır və yalnız həmin sistemin informasiya ehtiyatında mövcud olduqad etibarlıdır.


Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari 
sığortası müqaviləsi üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar.

Sığortalının və (və ya) sığorta olunanın ailə üzvləri üçüncü şəxs hesab edilmir.
 

Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilmişdir:

· fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat;

· üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.

Sığorta müqaviləsi üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir. 
Aşağıdakı şərtlərin hər birinin mövcud olduğu hallarda, habelə hadisə iştirakçılarının tərtib etdiyi müvafiq protokolun sığorta şirkətinə təqdim etmələri şərtilə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən Dövlət Yol Polisinin (təsdiq olunmalıdır) verdiyi yol-nəqliyyat hadisəsi haqqında arayış tələb olunmur:

· Hadisə ikidən çox olmayan avtomobilin iştirakı ilə baş verdikdə və hadisənin baş verdiyi anda hər iki avtomobilin sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalanmış olduqda;

· hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda;

· hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə;

· hadisə nəticəsində dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və sığortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edildikdə.

Daşınmaz əmlakın sığortası

Daşınmaz əmlak sahibinin məsuliyyət sığortası

Daşınmaz əmlakın icbari sığortası hüquqi və fiziki şəxslərə məxsus daşınmaz əmlakın – tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkiyə məruz qalması ilə bağlı zərərlərin əvəzinin ödənilməsini nəzərdə tutur.

Sığorta təminatı verilən hadisələr

Daşınmaz əmlakın icbari sığortası aşağıda sadalananhallar nəticəsində əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkiyə məruz qalması ilə bağlı zərərlərin əvəzinin ödənilməsinə təminat verir.

· yanğın, ildırım düşməsi;

· məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı;

· elektrik naqillərində baş verən qısa qapanma;

· buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı;

· su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma;

· hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri;

· yerüstü nəqliyyat vasitəsinin dəyməsi;

· təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;

· üçüncü şəxslərin hərəkətləri. 

Yaşayış sahələrinin Sığorta məbləğləri və azadolma məbləğləri

Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat;  Sığorta haqqı 50 azn
Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 20.000 manat, azadolma məbləği 200 manat; Sığorta haqqı 40 azn
digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat. Sığorta haqqı 30 azn

Qeyri-yaşayış sahələrinin

Sığorta haqqı azadolma məbləğindən və sığorta məbləğindən, habelə iqtisadi fəaliyyət növündən asılı olaraq dəyişir.

 

Daşınmaz əmlak sahibinin məsuliyyət sığortası

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası

Hüquqi şəxslər,həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərfaktiki sahib olduqları, həmçinin icarəyə götürdükləri və ya etibarnamə əsasında idarə etdikləri, yaxud digər qanuni əsaslarla sahib olduqları daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətini icbari qaydada sığortalamalıdırlar.

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müvafiq əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəymiş zərərin əvəzini ödənilməsi məqsədilə həyata keçirilir. 
Daşınmaz əmlak dedikdə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən öz fəaliyyətlərini həyata keçirmək məqsədilə istismar edilən binalar, tikililər, qurğular, sahələr başa düşülür. 
Daşınmaz əmlakın istismar edilməsi, o cümlədən onun ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində aşağıdakı hallarda zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur:

· elektrik və ya qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanğının qarşısının alınması üçün görülən tədbirlərin nəticələri;

· qaz partlayışı;

· elektrik naqillərində baş verən qısa qapanma;

· su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma;

· hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri.

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə üçüncü şəxslər 

Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqaviləsinin tərəfi olmayan, sığortalının hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən hər hansı əmlakın olduğu yerə, həmçinin inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparıldığı əraziyə giriş müvafiq qaydada qadağan olunmadığı halda, həmin əraziyə daxil olanşəxslər, habеlə onların ailə üzvləri üçün üçüncü şəxs sayılırlar.

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbarisığortası üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilmişdir:

· fiziki şəxslərin sağlamlığına dəyən zərər üzrə ümumi sığorta məbləği 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat;

· əmlaka dəyən zərər üzrə 50.000 manat.

Sığorta haqqı

İqtisadi fəaliyyət növündən asılı olaraq 30-120 manat arasında dəyişir.