AXA MBASK'a xoş geldiniz

KORPORATİV MÜŞTƏRİLƏRƏ

 

Hörmətli cənablar,


AXA MBASK Sizə ən gözlənilməz hallarda belə Sizin təşkilatın maliyyə dayanıqlılığını təmin etmək üçün zəruri olan optimal xidmətləri təklif etməyə hazırıq. Biz hər bir korporativ müştəriyə xidmətdə fərdi yanaşmaya üstünlük veririk, ona görə də bizim mütəxəssislər Sizin sorğunu detallı şəkildə öyrənəcək və məhz Sizin biznes üçün daha optimal sığorta həlləri təklif edəcəklər.

Sığorta təminatı ilə yanaşı bizim mütəxəssislər Sizin müəssisədə müxtəlif risklərin analizini aparacaq və onların minimallaşdırılması üzrə Sizə tövsiyyələr verəcəklər. AXA MBASK Sığorta Şirkəti korporativ müştərilərlə çoxillik əməkdaşlığa can atır və bu məqsədə çatmaq üçün biz müştərilərimizin maraqlarının maksimal dərəcədə nəzərə alınmasına yönəlik tərəfdaşlıq münasibətləri qurmağa çalışırıq.

Qayğıkeş sahibkar

"QAYĞIKEŞ SAHİBKAR"  Kiçik və orta biznes sahibləri üçün korporativ tibbi sığorta paketi


Aşağıdakılar tibbi sığorta planına daxil olmaq hüququna malikdir:

İşçilər*

*Bu sığorta əmək müqaviləsi ilə işləyən və sığorta şəhadətnaməsində adı göstərilən işçilərə şamil edilir (minimum 3 işçi)



MƏSULLİYƏT HƏDDİ

“Sığorta planına daxil olmayanlar” bölməsində göstərilənlər istisna olmaqla, Sığorta Şirkəti aşağıda qeyd olunan sığorta məsuliyyəti həddində Sizin bütün tibbi xərclərinizi ödəyir:

 

  • Sığorta müddəti ərzində bir şəxs üzrə ödəniləcək maksimal ümumi məbləğ - 5,000 AZN
  • Təcili və təxirəsalınmaz tibbi yardım - bir il ərzində 1 hadisə
  • Klinikaya yerləşdirməklə müalicə və əməliyyat xidmətləri - bir il ərzində 1 hadisə
  • Poliklinik müalicə - bir il ərzində 2 hadisə
  • Poliklinik yardım çərçivəsində dərmanların verilməsi – bir il ərzində 50 AZN
  • Seçilmiş özəl klinikalar və apteklər
  • Əhatə ərazisi - Azərbaycan respublikası
  • Hər bir şəxs üzrə sığorta haqqı – 180 AZN



SIĞORTA PLANINA DAXİL OLANLAR

Təcili və təxirəsalınmaz tibbi yardım

 

  • Özəl klinikalardan təcili tibbi yardımın çağırılması
  • İxtisaslaşmış klinikalara təcili daşınma və evakuasiya (hava nəqliyyatı ilə daşınma istisna olmaqla)
  • Reanimasiya tədbirləri
  • Təcili vaksinasiya (quduzluq və tetanus)
  • İlkin müayinə və diaqnoz, elektrokardioqrammanın çıxarılması
  • Təcili tibbi yardım məqsədi ilə dərmanla təmin edilmə
  • Təcili stomatoloji yardım (kəskin ağrı zamanı dişlərin çəkilməsi, klinikada çənə-üz nahiyəsində ağrısızlaşdırması (reseptlə yazılan dərmanlar istisna olaraq), çənə-üz nahiyəsində absesslərin və fleqmonların açılması (reseptlə yazılan dərmanlar istisna olaraq), çənə-üz nahiyəsində zədələr zamanı immobilizasiya)



Stasionar Yardım

Klinikaya yerləşdirməklə müalicə və əməliyyat xidmətləri

 

  • Diaqnostik və laborator tədqiqatların aparılması (kompyüter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiyası daxil olmaqla)
  • Cərrahi əməliyyatlarin aparılması
  • Xəstənin palata və qida ilə təmin edilməsi
  • İxtisaslaşmış həkimlər tərəfindən aparılan müalicə (fizioterapiya, tibbi massaj, müalicəvi idman, akupunktura, manual terapiya daxil olmaqla)
  • Əməliyyatdan sonraki qayğı
  • Təyin edilmiş dərmanlarla təmin edilmə
  • Reanimasiya və reabilitasiya
  • Həkim məsləhətləri



Poliklinik müalicə
 

  • Mütəxəssis həkimlər tərəfindən aparılan müayinə və müalicə
  • Diaqnostik tədqiqatların aparılması (kompyüter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiyası yalnız bədbəxt hadisə nəticəsində baş verən hallarda ödənilir)
  • Laborator tədqiqatların aparılması
  • Poliklinik cərrahiyə (kiçik əməliyyatların aparılması)
  • Zəruri reseptlərin yazılması və təyin edilmiş dərmanlarla təmin edilmə
  • Telefon vəsitəsi ilə həkim məsləhətlərinin verilməsi



SIĞORTA PLANINA DAXİL OLMAYANLAR
 

  • Xəsarət aldığı zaman alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyət;Sığorta olunanın nəqliyyat vasitəsinin idarə edilməsini spirtli içkilərin, narkotik və ya toksik maddələrin təsiri altında olan və ya nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə həvalə etməsi;
  • Peşəkar pilot tərəfindən idarə olunan mülki aviasiya təyyarəsində sərnişin qismində uçuşlar istisna olmaqla, Sığorta olunanın özü tərəfindən idarə edilən uçuş aparatında uçma; Sığorta olunanın mühərriksiz uçuş apparatlarında, mühərrikli planerlərdə, superyüngül uçuş apparatlarında uçması və həmçinin paraşütla tullanması;
  • Sığorta olunan tərəfindən özünü öldürməyə cəhd etmə, istisna sığorta olunan özünü öldürmə həddinə üçüncü səxslərin qanunsuz hərəkətləri nəticəsində çatdırılma;
  • Sığorta olunanın bilərəkdən özünə cismani zərər yetirməsi və sığorta hadisəsinin baş verməsinə səbəb olan hərəkətlərin qəsdən və ya kobud ehtiyatsızlığından törədilməsi; Sığorta olunanın qohumları tərəfindən müalicə və qulluq olunmasına dair xərclər və təyin olunmuş dərmanlar daxil olmaqla, hər hansı bir özünü müalicə.
  • Müharibə (elan edilib-edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, istila, üsyan, qiyam, tətil, çevriliş, inqilab, işğal, düşmənçilik aktları, hərbi əməliyyatlar, silahlı yolla hakimiyyətin qəsb edilməsi, ictimai iğtişaşlar, kütləvi həyəcanlar, terror aktları və sadalananların nəticələri; Sığorta olunanın hər cür silahlı qüvvələrdə və hərbi qruplaşmalarda qulluq etməsi;
  • Nüvə partlayışı, radioaktiv və ya digər şüalanmalar; Zəlzələ, sel, daşqın, su basması və digər təbii fəlakətlər; Epidemiya;
  • Sığorta olunan tərəfindən sığorta hadisəsi ilə birbaşa səbəb-nəticə əlaqəsində olan, qanuna zidd hərəkətlərin törədilməsi; Əmək vəzifələrini yerinə yetirərək (muzdlu iş görərək) Sığorta olunanın təhlükəsizlik texnikası qaydalarına riayət etməməsi. Sığorta olunanın azadlıqdan məhrumolma yerlərində və hərbi qulluqda olması;
  • İnsan immunçatışmazlığı virusuna və /və ya Qazanılmış İmmunçatışmazlığ Sindromuna yoluxmasından və həmçinin onun nəticəsi olan xəstəliklər; Vərəm, sarkoidoz, mukovissidoz;
  • Kəskin ağrı və ya Sığorta olunanın həyatının xilas edilməsi ilə bağlı tibbi yardımın göstərilməsi halları istisna olmaqla, müalicəsi həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq sığorta müqaviləsi bağlanan günə qədər məlum olan xəstəliklərin müalicəsi; Sığorta olunanın həyatına bilavasitə təhlükə yaradan vəziyyətlərdə həyata keçirilən təxirəsalınmaz tədbirlər istisna olmaqla, xroniki xəstəliklərin müalicəsi;
  • Sığorta olunanın sığorta hədisəsi ilə əlaqədar müraciətinə əsasən aldığı həkim göstərişlərinin yerinə yetirilməsindən könüllü surətdə imtina etməsi nəticələri; Səbəbsiz eyni sığorta hadisəsi ilə bağlı iki və ikidən artıq mütəxəssislərin müayinəsi yaxud eyni diaqnostik tədbirlər;
  • Sığortalanma dövründən əvvəl aparılmış hər hansı bir kosmetoloji müalicənin, plastik cərarahi əməliyyatın nəticələrinin müalicəsi və eyni səbəbdən təkrar kosmetik-plastik əməliyyatlar; sığorta dövrü daxilində baş vermiş hər hansı xəstəlik və ya travmaların zamanı aparılmasına ehtiyac yaranan kosmetoloji-plastik əməliyyatlar istisna olmaqla; Müvafiq lisenziyası olmayan tibb müəssisəsi və ya tibbi fəaliyyəti həyata keçirmək üçün hüququ olmayan şəxs tərəfindən göstərilən xidmətlərlə əlaqədar xərclər;
  • Müəyyən edilmiş sığorta məbləğini aşan xərclər. Fasiləsiz olaraq 45 gün xəstəxanada olma müdətindən artıq aparılmış müalicə; Evdə qulluq;
  • İstirahət mərkəzlərində, sanatoriyalarda, pansionatlarda, istirahət evlərində və digər bu kimi müəssisələrdə müalicə; Sığorta olunanın müalicə alması məqsədi ilə təşkil olunmuş ölkə xaricinə səfər; Təcili tibbi təxliyə istisna olmaqla, müalicə almaq məqsədi ilə əmələ gələn nəqliyyat;
  • Sığorta müddətinin son 14 günü ərzində planlı cərrahi əməliyyatların keçirilməsi;
  • Sığortanın başlanmasından əvvəl Sığorta olunan tərəfindən alınan müalicə ilə bağlı Sığorta olunanın səhhətinin pisləşməsi və ya ölümü ilə bağlı yaranan xərclər; Sığorta olunanın məşqlərdə və idman yarışlarında iştirakı və həmçinin hər cür professional idman növü ilə məşğul olması ilə bağlı yaranan xərclər;
  • Sığorta olunanın təhlükəli fəaliyyət növləri ilə məşğul olması (o cümlədən, avtomobil nəqliyyatının peşəkar sürücüsü, inşaatçı, elektromontajçı qismində və ya dağ mədənlərində işləməsi); Peşə xəstəliklərinin müayinə və müalicəsi;
  • Anadangəlmə patologiyaların (anadangəlmə travmalar, daxili orqanların anadangəlmə qüsurları, anadangəlmə defektlər və s.) və irsi xəstəliklərin müayinə və müalicəsi; Psixonevroloji xəstəliklər, nevrasteniya, ipoxondriya, nevroz, dağınıq skleroz, sinir sisteminin demiyelinizasiyaedici xəstəliklərin, epilepsiya və hazırkı bənddə göstərilən xəstəliklər nəticəsində əmələ gələn somatik xəstəliklər və xəsarətlərin müayinə və müalicəsi;
  • Xroniki venoz və arterial çatışmamazlığın müayinə və müalicəsi; Şəkərli diabet və bütün növ hepatitlərin və virusdaşımanın (Hepatit A istisna olmaqla) müayinə və müalicəsi; Xroniki böyrək və qaraciyər çatışmamazlığının müayinə və müalicəsi;
  • Birləşdirici toxumaların sistem xəstəliklərinin, kəskinləşmə istisna olmaqla, müayinə və müalicəsi; Bədxassəli onkoloji xəstəliklərin, qanın onkoloji xəstəliklərinin müayinə və müalicəsi, baş beyinin bütün növ yenitörəmələrinin müalicəsi; Əksər hallarda cinsi yolla yoluxan və onların nəticəsi olan xəstəliklər qrupuna aid olan xəstəliklərin  müayinə və müalicəsi, həmçinin toksoplazmozun müalicə və təkrar müayinəsi;
  • Dermatoloji xəstəliklərin (papilloma, ziyil, sızanaqlar, allopesiya, seboreya, psoriaz, xloazma, vitiliqo), həmçinin kosmetoloji defektlərin müayinə və müalicəsi; Ağız boşluğu xəstəliklərinin və dişlərin müayinə və müalicəsi, həmçinin ortodontiya, paradontit və paradontozun müayinə və müalicəsi, ştiftin qoyulması, diş ərpin və daşın təmizlənməsi, dişlərin ftorlakla örtülməsi;
  • Aorto-koronar şuntlama, ürək qüsurlarının cərrahi yol ilə müalicəsi, kardiostentlərin qoyulması, ürək və damarların kontrast metodları ilə müayinəsi; Həyata təhlükə yaradan vəziyyət və bədbəxt hadisə nəticəsində yaranan hal istisna olmaqla, septoplastika, bədbəxt hadisə haqqında məlumat dərhal Sığorta olunan tərəfindən yazılı sürətdə təqdim olmaq şərti ilə;
  • Eşitmənin və görmənin operativ və konservativ müalicəsi və xüsusi cihazlar vasitəsi ilə korreksiyası, bununla əlaqədar və peşə yararlığının müəyyən olunması üçün aparılan müayinələr, miopiya, presbiopiya, qipermetropiya, ametropiya və astiqmatizm kimi gözün refraksiya anomaliyalarının lazer metod ilə daxil olmaqla konservativ və cərrahi müalicəsi, sığorta dövrü daxilində baş vermiş bədbəxt hadisələr nəticəsində eşitmənin və görmənin pozulması istisna olmaqla; Ailə planlanması, süni mayalanma və sterilizasiya, həmçinin sterilizasiyadan sonra reproduktiv funksiyanın reabilitasiyası, sonsuzluq, impotensiya, kontrasepsiya və onların istənilən nəticələri səbəbi ilə aparılan istənilən müayinə və müalicə; Cinsin dəyişdirilməsi ilə birbaşa və ya dolayı yolla bağlı olan istənilən müalicə;
  • Tibbi yardımın həyati amillərlə bağlı olduğu hallar istisna olmaqla, hamiləlik müddətində məsləhətlər və müayinələr, hamiləlik dövründən asılı olmayaraq hamiləlik nəticəndə əmələ gələn xəstəliklər və mövcud xəstəliklərin kəskinləşməsi, hamiləliyin kəskinləşməsi ilə əlaqədar məsləhətlər, müayinələr və müalicəsi və həmçinin doğuş və uşağa doğuşdan sonrakı qayğı, həmcinin sığorta müqaviləsindən əvvəl başlayan hamiləlik; Sığorta olunanın həyatının xilas edilməsi ilə bağlı olan hallar istisna olmaqla, abortlar; Doğuş zamanı həkimin gecə, bayram və tətil günləri çağırışı ilə əlagədar əlavə xərclər; rezus konflikt ilə əlaqədar müayinə və müalicə. İmmunoqlobulin inyeksiyanın doğuşdan sonra təyinatı Klimakterik vəziyyət, menstual siklin pozulması ilə əlaqədar 6 aydan artıq müayinə və müalicə;
  • Ekstrakorporal müalicə metodları (plazmaferez, hemosorbsiya, hemodializ, ozonoterapiya, lazerterapiya, qanın ultrabənövşəyi şualanması) Hər növ protezlər, həmçinin endoprotezlər və diş protezləri daxil olmaqla; Orqan və toxumaların transplantasiyası;
  • Alternativ müalicə və reabilitasiya metodları qeyriənənəvi müalicə və diaqnostika metodları, qomeopatiya, fitoterapiya, oksiqenterapiya, qirudoterapiya, elektro-termo-akupunktura; trixoloqun, kosmetoloqun, qenetikın, loqopedin müayinəsi; On prosedurdan artıq olan bərpaedici müalicə, müalicəvi idman, manual terapiya, iynəbatırma və fizioterapiya; Profilaktik tədbirlər və ümumi tibbi baxışlar;
  • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən lisenziyalanmayan dərmanlar, bioloji aktiv əlavələr, homeopatik preparatlar, immunostimulyatorlar, psixotrop preparatlar (trankvilizator, antidepressant və s.), şampunlar, diş pastaları, kosmetik vasitələr və s. eksperimental və \ və ya təsdiq olunmayan vasitələr; Xidmətlər proqramı ilə nəzərdə tutulmayan tibbi və ya başqa xidmətlər.



TİBBİ YARDIM ÜÇÜN MÜRACİƏT ETMƏ QAYDASI

Yüksək təcrübəli tibbi heyət, tibbi sığorta üzrə mütəxəssislər və məsləhət-dispetçer şöbəsinin əməkdaşları bütün xidmətləri Sizə təqdim etmək üçün əlindən gələni edəcək. Sizin sağlamlığınızla bağlı problemlərinizin aradan qaldırılması üçün müvafiq ixtisaslı mütəxəssislərin və/və ya prosedurların təyin edilməsi, tibbi məsləhətlərin verilməsi və onun keyfiyyətinə nəzarətin təmin edilməsi bu əməkdaşların vəzifəsidir..

Bu tibbi sığorta planında xüsusi təminat şərtləri və müştərək ödəniş (müxtəlif azadolma məbləğləri) mövcud olduğuna görə hər hansı bir mürəkkəb halların qarşısının alınması məqsədi ilə Sizə “Podratçı Tibbi Müəssisələr” siyahısına daxil olan tibbi müəssisədə tibbi xidmət almaq üçün oraya müraciət etməzdən əvvəl Sığorta Şirkətinə məlumat verməyinizi tövsiyyə edirik. Əvvəlcədən Sığorta Şirkəti ilə razılaşdırılmayan hər hansı müalicə, müayinə və s. tibbi xidmətlərə sığorta təminatı verilmir

Məsləhət-Dispetçer şöbəsi ilə aşağıda qeyd olunan telefon nömrələri vasitəsilə əlaqə saxlaya bilərsiniz:

050-286-84-38
050-286-84-39
012-488-66-24
012-488-66-25

 


 

TİBBİ MÜƏSİSƏLƏR
 
Mərkəzi Neftçilər Xəstəxanası Bakı, Yusif Səfərov küç., 17 490 13 19
N.Tusi adına Klinika    Bakı, Həsənbəy Zərdabi küç., 53 433 66 91
“Səhhət” Klinikası* 8-ci km, Q.Qarayev küç., 103; 447 85 55
“Nəbz” Tibb Mərkəzi Bakı, Q.Qarayev prospekti, 31  421 38 56
“Diaqnoz” Tibb Mərkəzi Bakı, Sarayev küç., 38С (050) 323 31 98
«MedPlaza» Tibb Mərkəzi* Bakı, Vagif prospekti., 75 A 449 42 72
“DİALAB” Tibb Mərkəzi  Bakı, İstiqlaliyyət küç. 31 497 44 49
“Real Tibb Mərkəzi” MMC Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 14 (018) 642 45 80
“Mediland Hospital” Bakı, Sabit Orucov küç. 17C   596-03-43
Azərbaycan Tibb Universitetinin 
Tədris-Cərrahiyyə Klinikası
Bakı,  M.Mirqasımov küç 2 (012 923)  (1158)

 


 

APTEKLƏR
 
“Kaspian” əczaxanası Bül-Bül prospekti, 6 498 78 94
“Çeburaşka” əczaxanası № 728 Şixəli Qurbanov küç.,17 596-03-43
“Europe” əczaxanası İstiqlaliyyət küçəsi 49  492 30 87




 

Avtomobil sığortası

HÜQUQİ ŞƏXSLƏRİN AVTOMOBİLLƏRİNİN SIĞORTASI

AXA MBASK Sığorta Şirkəti uzun illərdir ki, Azərbaycanda avtomobil sığortasında liderdir.
Müxtəlif korporativ müştərilərlə çoxillik iş təcrübəsi olduğundan AXA MBASK Sığorta Şirkəti çox da böyük olmayan müəsisələrlə yanaşı böyük avtoparklara sahib olan iri hüquqi şəxslərlə iş sahəsində də unikal təcrübəyə malikdir.

 

  • Hadisə yerindən avtomobillərin evakuasiyası (qeyri-məhdud dəfə),
  • avtomobillərin təmirinin ancaq AXA MBASK Sığorta Şirkətinin tərəfdaşları kimi təsdiq olunmuş ixtisaslaşdırılmış təmir mərkəzlərində aparılması,
  • zəmanətli və yeni avtomobillərin təmirinin ancaq istehsalçı zavodun rəsmi nümayəndəliklərində aparılması,
  • kiçik məbləğdə zərərin hadisə DYP-də rəsmiləşdirilmədən ödənişi (YNH-də günahkar sığortlı olduğu halda),
  • zərərin məbləği sığorta şirkəti tərəfindən qiymətləndirildikdən sonra onun sığorta ödənişi kimi verilməsinin mümkünlüyü,
  • sığorta müqaviləsinin bağlanması və sığorta hadisələrinin tənzimlənməsi üzrə Sizin təşkilata xidmət göstərmək üçün səlahiyyətli əməkdaşların təyin olunması,
  • daimi məlumat dəstəyi,
  • əməkdaşların şəxsi avtomobilləri və əmlakının güzəştli sığortası
Əmlak sığortası

HÜQUQİ ŞƏXSLƏRİN ƏMLAKININ SIĞORTASI

Əmlak istənilən şirkətin əsas aktividir və məhz buna görə onun etibarlı müdafiəsi Sizin biznesin müvəffəqiyyətlə inkişafının rəhnidir.

Əgər Siz etibarlı sığorta müdafisi ilə təmin olunmusunuzsa, onda daşınmaz əmlakla, avadanlıqla, xam malla, hazır məhsulla bağlı heç bir pis hadisə Sizi qəflətən yaxalaya bilməz. Müəssisənizin əmlakını sığortalayaraq Siz həyatın bütün dönüklüyünü qarşılamağa hazır olacaq, onun nəticələrini minimal vaxt, qüvvə və pulla aradan qaldırmağa həmişə hazır olacaqsınız. 

AXA MBASK Sığorta Şirkəti çox böyük əmlak sığortası təcrübəsinə və bu sığorta növündə ən qabaqcıl texnalogiyalara malikdir. 
Biz Sizə ən yaxşı sığorta məhsullarını təklif edirik ki, onların özəllikləri ilə Siz artıq indi tanış ola bilərsiniz.

Bizim üstünlüklərimiz:

  • Hər bir müştəriyə fərdi yanaşma və hər bir sığortalı üçün daha optimal şərtlərin seçimi;
  • Etibarlı təktrar sığorta müdafiəsi;
  • yanğına qarşı təhlükəsizliyin təkmilləşdirilməsi üzrə təkliflər də daxil olmaqla Sizin müəssisədə
  • risklərin minimallaşdırılması üzrə sığorta məsləhətlərinin verilməsi;
  • böyük təcrübəyə malik mütəxəssislər tərəfindən yanğına qarşı təhlükəsizlik üzrə Sizin əməkdaşlara xüsusi treninqlərin təşkili imkanı;
  • sığorta müqavilələrinin bağlanması və sığorta hadisələrinin tənzimlənməsi üzrə Sizin təşkilata xidmət göstərmək üçün səlahiyyətli əməkdaşların təyin olunması;
  • daimi məlumat dəstəyi;
  • əməkdaşların şəxsi avtomobillərinin və əmlaklarının güzəştli sığortası.
  •  

Sığorta obyekti:

  • Binalar, qurğular (yer və təmir xərcləri də daxil olmaqla),
  • Mühəndis kommunikasiyaları, istehsal avadanlığı,
  • Ofis, elektron və ticarət avadanlığı, mebel
  • Materiallar, xammal, yarımfabrikatlar, hazır məhsul, mal ehtiyatları, digər əmlak.
  •  

Sığorta riskləri:

  • Yanğın,ildırım vurması,partlayış,
  • Təbii fəlakət (dolu, zəlzələ, çovğun, qasırğa, subasma, tufan),
  • İdarəolunan uçan aparatların və onların qalıqlarının düşməsi,
  • Boru və rezervuarların deşilməsi nəticəsində su boru sistemindən axan suyun əmlaka ziyan vurması,
  • Üçüncü şəxslərin pis niyyətlə hərəkətləri, o cümlədən oğurluq (sındırılmaqla)
  • Yerüstü nəqliyyat vasitələrinin vurması,
  • Sürüşmə, sel, torpaq çökmələri,
  • Digər risklər.
Məsuliyyət sığortası

MƏSULİYYƏT SIĞORTASI

İstənilən təşkilatın fəaliyyəti üçüncü şəxslərin sağlamlığına, həyatna və əmlakına zərər vurmaq riski ilə bağlıdır. Belə ziyan vurulduğu təqdirdə təşkilatın üzərinə həmin zərərin tam həcmdə ödənilməsi vəzifəsi düşür ki, bu da ciddi maliyyə xərclərinə gətirib çıxarır.

Məhz mülki məsuliyyətin sığortası üçüncü şəxslərə dəymiş zərərlə bağlı təşkilatın əmlak maraqlarının qorunmasının ən etibarlı və effektiv metodlarından biridir. 

AXA MBASK Sığorta Şirkəti müxtəlif fəaliyyət növlərinin həyata keçirilməsi zamanı məsuliyyətin sığortası üzrə sığorta xidmətinin geniş spektrini təqdim edir. 

Mülki-hüquqi məsuliyyətin sığortası.

Sığortanın bu növü üçüncü şəxslərin sağlamlığına, həyatna və/və ya əmlakına zərər vurmağa görə sığortalının mülki-hüquqi məsuliyyətinə uyğun olaraq sığorta təminatı verir.

Sığorta təminatı:

  • üçüncü şəxslərin sağlamlığına, həyatna və/və ya əmlakına zərər vurmaqla bağlı sığortalının xərclərinin ödənişi,
  • sığortalının bütün məhkəmə və digər xərclərinin ödənişi.
  •  

İşəgötürənin məsuliyyətin sığortası.

Bu proqram özünün cazibədar işəgötürən imici barədə qayğılanan, işçilərinin həqiqətən qeydinə qalan şirkətlər üçün nəzərdə tutulub və şirkətin əməkdaşının sağlamlığına vurulan zərərə görə kompensasiya ödənişi üzrə xərclərə ciddi şəkildə qənaət etməyə imkan verir.

Bu sığorta növü Azərbaycan Respublikasının əmək və mülki qanunvericiliyinə uyğun olaraq işəgötürənin öz işçisinin sağlamlığına və həyatına dəyən zərərin ödənilməsi üzrə məsuliyyətini tam qarşılayır.

Məsuliyyət aşağıdakı şəxslər qarşısında sığortalana bilər:

  • əmək müqaviləsinə əsasən işini icra edən personal,
  • sazişə əsasən işini icra edən fərdi şəxslər,
  • təcrübə keçən tələbələr.
  •  

Daşıyıcıların məsuliyyətin sığortası.

Bu sığorta növünə əsasən sığorta obyekti yük daşıyarkən və ya nəqliyyat-ekspedisiya xidmətləri göstərərkən hüquqi və fiziki şəxslərin sağlamlığına, həyatına və ya əmlakına vurulan zərəri ödəmək mükəlləfiyyəti ilə bağlı sığortalının əmlak maraqlarıdır.

Bundan başqa, bu sığorta növü üzrə sığortalının sığorta hadisəsinin təfərrüatlarının araşdırılması, yükün xilas olunması üçün tələb olunan işlərin aparılması zərurəti ilə bağlı əlavə xərclərin çəkilməsi, sığortalının dövlət hakimiyyəti, məhkəmə və arbitraj orqanlarında maraqlarının qorunması ilə bağlı əmlak maraqları da əlavə olaraq sığortalana bilər.

Yük sığortası

YÜK SIĞORTASI

Daşınma müqaviləsinin şərtlərindən asılı olmayaraq istənilən yükün daşınması zamanı itgilərin olması ehtimalı yaranır. Yüklər tez-tez itir, oğurlanır və xarab olurlar. Statistikaya görə ən çox zərər yüklərin oğurlanmasının və əskik gəlməsinin, eləcə də malların yolda qismən zədələnməsinin üzərinə düşür.

Bu cür problemlərin ən optimal həlli yük sığortası üzrə təminatın alınmasıdır.

AXA MBASK Sığorta Şirkəti uzun illər ərzində öz müştərilərinə yüklərin daşınması və saxlanması zamanı onların etibarlı müdafiəsini təqdim edir.

Sığorta obyektləri:

  • İstənilən nəqliyyat növü vasitəsi ilə daşınan bütün növ yüklər,
  • Daşınma ilə bağlı nəqliyyat və qaimə xərcləri,
  • Malın təyinat nöqtəsində satışından gözlənilən gəlir.
  •  

Sığorta riskləri:

Sığorta risklərinin siyahısı müştərilərin istəyindən asılı olaraq dəyişə bilər. Yük sığortasının çoxəsrlik təcrübəsinə arxalanaraq bizim şirkət Londonun Sığortaçılar İnstitutunun (İLU) Yüklərin Sığortası Qaydalarına uyğun olaraq müxtəlif sığorta riskləri külliyatını təqdim edir ki, onların arasında aşağıda qeyd olunan risklər var:

  • Oğurluq,
  • soyğunçuluq,
  • quldurluq basqını,
  • üçüncü şəxslər tərəfindən yükün qəsdən və bilməyərəkdən zədələnməsi,
  • daşıma vasitəsi ilə birlikdə yükün itgin düşməsi,
  • yanğın,
  • partlayış,
  • yol-nəqliyyat hadisəsi,
  • qəza, aşma, toqquşma,
  • təbii və digər fəlakətlər,
  • düşmə, başqa obyektlərlə toqquşma nəticəsində zədələnmə və sair.
Tikinti-montaj sığortası

TİKİNTİ VƏ MONTAJ RİSKLƏRİNİN SIĞORTASI

Tikinti və montaj risklərinin sığortası sifarişçinin və podratçıların əmlak maraqlarını qoruyaraq obyektin tikintisi, təmiri və rekonstruksiyası aparılan proseslərdə olduğu kimi buraxılış sonrası zəmanət öhdəlikləri zamanı da baş vermiş müxtəlif gözlənilməz situasiyalarda maliyyə itgilərini qarşılamağa imkan verir.

Sığortaya qəbul olunan obyektlər:

yollar,tunellər, körpülər, körpü keçidləri, yol ötürücüləri, müdafiə, istehkam və diər yol qurğuları, tikinti materiallları da daxil olmaqla binalar, mühəndis və digər qurğularda da aparılan işlər daxil olmaqla tikinti-montaj işləri,

tikinti sahəsinin avadanlığı: müvəqqəti qurğular, anbarlar, mühəndis kommunikasiyaları,

tikinti maşınları və avadanlıqları: yerqazan, yol-tikinti texnikası və avadanlığı, eləcə də kranlar, qaldırıcılar, beton-məhlul qarşdırıcıları, qaynaq aparatları, kompressorlar, transformatorlar, dirək üzərində qurulu özül qurğusu üçün avadanlıq və sair,

sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması üzrə, o cümlədən sığorta hadisəsindən sonra tikinti sahəsinin ərazisinin təmizlənməsi üzrə xərclər, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması üçün yüklərin təcili daşınması üzrə, iş vaxtından artıq vaxtda görülən işlərin ödənişi üzrə xərclər,

istismara verilmiş obyektlər üzrə buraxılış sonrası zəmanət öhdəlikləri,

tikinti-montaj işləri aparılarkən və / və ya buraxılış sonrası zəmanət öhdəlikləri periodunda üçüncü şəxslərin sağlamlığına, həyatına və / və ya əmlakına zərər vurmağa görə mülki məsuliyyət.

 

Sığortanın şərtləri:

Sığorta "bütün risklərə görə məsuliyyətlə" şərtlərinə əsasən aparılır, o cümlədən:

  • Yanğın, ildırım vurması, partlayış, uçan aparatların və onların qalıqlarının düşməsi,
  • dolu, zəlzələ, çovğun, qasırğa, subasma, tufan,tayfun, sunami, siklon, vulkanizm
  • subasma, sel, qrunt sularının subasması, leysan,
  • qar yağması, qar kütlələrinin basması, uçqun, sürüşmə, torpaq çökmələri,
  • mühəndis şəbəkəsinin (su boruları, kanalizasiya, istilik təchizatı, elektrik təchizatının) qəzası,
  • elektrik cərəyanının təsiri (qısa qapanma, elektrik şəbəkəsinin artıq yüklənməsi və sair),
  • obyektin dağılması və ya zədələnməsi (o cümlədən qismən qopub tökülən və dağılan),
  • zay avadanlıqdan və ya defektli materialdan istifadə, bu şərtlə ki, sığortalı sığorta hadisəsi baş verən anadək bu çatışmazlıqlar barədə bilməsin,
  • üçüncü şəxslərin qanunazidd hərəkətləri, o cümlədən sındırmaqla oğurluq, basqın, soyğunçuluq, qarət, talan, quldurluq, xuliqanlıq hərəkətləri,
  • sığorta müqaviləsi ilə istisna olunmayan digər gözlənilməz hadisələr.

 

Sığorta tarifləri:

Sığorta tarflərinin məbləği tikilməkdə olan obyektin növündən, görülən işlərin xarakterindən (tikinti, təmir, pekonstruksiya), təbiət-iqlim faktorlarından, tikinti təşkilatının işçilərinin ixtisasından və risk dərəcəsinə təsir edən digər faktorlardan asılıdır. 

Avadanlıq sığortası

AVADANLIQ SIĞORTASI

İstənilən müssisənin vacib aktivlərindən biri avadanlıqdır. AXA MBASK Sığorta Şirkəti avadanlığın sınması və ya məhv olması zamanı etibarlı müdafiəni təmin etmək üçün xüsusi olaraq hazırlanmış sığorta təminatını Sizin diqqətinizə çatdırır.

Sığortanın bu növü Sizin müəssisənizdə ixtisaslaşdırılmış texniki ekspertiza və risklərin minimallaşdırılması üzrə tövsiyyələrin hazırlanması ilə müşayət olunur.

Sığortaya qəbul olunan obyektlər:

  • mühərriklər,
  • generatorlar,
  • transformatorlar,
  • nasoslar,
  • komressorlar,
  • digər avadanlıqlar.

Sığorta təminatı:

  • Gözlənilməyən nasazlıq,
  • Personalın səhvi,
  • Fiziki partlayış,
  • Mərkəzdənqaçma qüvvələrinin təsiri,
  • Elektrik cərəyanının təsiri (qısa qapanma və sair),
  • Buxar qazanlarının partlaması və digərlər.

Adətən avadanlığın xarab olmaqdan sığortası üzrə polisini müəssisələr standart əmlak sığortası polisinə (yanğın və digər risklərdən sığorta) əlavə olaraq alırlar və o sığortalının müəssisə əmlakının sığortası üzrə təminata daxil edilməyən əmlak maraqlarını qorumaq üçündür.

Tibbi sığorta

ƏMƏKDAŞLARIN KÖNÜLLÜ TİBBİ SIĞORTASI

Hal-hazırda AXA MBASK Sığorta Şirkəti Sizin diqqətinizə müxtəlif təminat şərtləri ilə bir sıra standart tibbi sığorta proqramları təqdim edir. Bundan başqa bu proqramlar bazasında bizim mütəxəssislər xüsusi olaraq Sizin şirkət üçün fərdi proqram yarada bilərlər.

Könüllü tisığorta aşağıdakıları əhatə edir:

  • Təcili tibbi yardım,
  • Stasionar müalicə,
  • Ambulator müalicə,
  • Təxirəsalınmaz stomatoloji müalicə,
  • Analıq vaxtı kömək.
Bədbəxt hadisələrdən sığorta

HÜQUQİ ŞƏXSLƏR ÜÇÜN BƏDBƏXT HADİSƏLƏRDƏN SIĞORTA

Bədbəxt hadisələrdən sığorta şirkətin öz əməkdaşlarına təqdim etdiyi sosial paketin vacib hissəsidir. Bu sığorta növü bədbəxt hadisə və ya xəstəlik nəticəsində şirkətin əmkdaşının həyat və ya sağlamlığına dəyən zərərin kompensasiya olunmasına kömək edir və bununla da onun ailəsinin maddi rifahını qorumuş olur.

Sığorta riskləri:

  • Bədbəxt hadisə nəticəsində sığortalının ölümü,
  • Bədbəxt hadisə nəticəsində ümumi iş qabiliyyətinin azalması və ya itirilməsi,
  • Bədbəxt hadisə və ya xəstəlik nəticəsində ümumi iş qabiliyyətinin qismən itirilməsi,
  • Tibbi xərclərin ortaya çıxması.

Sığorta şərtləri:

  • İşəgötürən sığortanın qüvvədə olduğu müddət kimi günün 24 saatını və ya işçinin öz vəzifə borcunu
  • yerinə yetirdiyi vaxtı seçə bilər,
  • Sığorta müddəti – 1 ildir,
  • Sığorta Azərbaycanda və ya hərbi konfliktlər zonası istisna olmaqla bütün dünya üzrə qüvvədə ola bilər.

Siz aşağıda göstərilən informasiyanı saytdan yükləyərək sığorta şərtləri barədə detallı informasiya ala bilərsiniz:

Səyahət sığortası

SƏYAHƏT SIĞORTASI

Hər ay Sizin bir sıra əməkdaşlarınız xarici ezamiyyətlərə yollanırlar və bir çox hallarda elə ölkələrə ki, orada sağlamlıqla bağlı problemlər yarandıqda müraciət etməyə bir kimsə olmur. Biz Sizə bu problemin həllini təklif edirik. Bunun üçün sadəcə "Xaricə səfər edənlərin bədbəxt hadisələrdən və tibbi xərclərdən sığortası" proqramı çərçivəsində AXA MBASK Sığorta Şirkətinin təklif etdiyi sığorta təminatını almaq kifayətdir.

Belə sığorta təminatının sahibi sığorta müqaviləsinin şərtlərinə əsasən tibbi xidmətlərdən pulsuz istifadə etmək hüququnu qazanır.
Onu da qeyd etmək istərdik ki, ölkənin hüdudlarından kənarda bütün sığorta hadisələrinin koordinasiyasını dünyanın 41 ölkəsində nümayədəliyi olan dünya şöhrətli "İnternational SOS" tibbi xidmət şirkəti həyata keçirir.

Sizin arzunuza görə müqavilə 1 il müddətinə bağlandığı kimi konkret olaraq hər bir ezamiyyət müddətinə də bağlana bilər.