AXA MBASK'a xoş geldiniz

FAQ - ən çox verilən suallar

 

Mən, YNH/avtomobilin oğurlanması haqqında dərhal sığorta şirkətinə və polisə xəbər verməliyəmmi?

Mənim maşınımı kim təmir edəcəkdir?

Avtomobilin tam məhv olması nə deməkdir?

Sığorta iddiasının tənzimlənməsi nə qədər çəkəcəkdir?

Franşiza nədir?

Digər sürücü YNH-nin səbəblərinə qarşı etiraz edərsə, nə baş verəcəkdir?

Sığorta olunmuş avtomobilin idarə edilməsi zamanı, sığorta müqaviləsi (QUR) ilə kim təmin ediləcəkdir?

Mən harada sığorta oluna bilərəm?

Sığorta mükafatı nədir?

Mən sığorta mükafatını (haqqını) hissə-hissə ödəyə bilərəmmi?

KASKO sığortası nədir?





Mən, YNH/avtomobilin oğurlanması haqqında dərhal sığorta şirkətinə və polisə xəbər verməliyəmmi?

 

 

Əgər Sizin avtomobiliniz YNH-ə düçar olmuş və ya oğurlanmışdırsa, Siz LƏNGİMƏDƏN bizə bu barədə, aşağıda göstərilən, sutkada 24 saat, həftədə 7 gün işləyən, növbətçi nömrələrlə xəbər verməlisiniz:

 

 

(050) 225 72 02

(050) 358 76 92

Siz həmçinin LƏNGİMƏDƏN bu barədə yaxınlıqda yerləşən Yol polisi idarəsinə xəbər verməlisiniz. Siz hadisə haqqında Polisə xəbər verə bilmədikdə, sığorta şirkətinin ekspertini bu barədə məlumatlandırmalısınız ki, o Sizə yardım etsin.

Bundan sonra Siz, bir sıra sənədləri təqdim etmək və müvafiq formaları doldurmaq üçün, AXA MBASK Sığorta Şirkətinə baş çəkməlisiniz. Daha sonra, Sizin işinizin aparılması üçün icraçı təyin ediləcəkdir və o Sizi işin sonrakı gedişi haqqında məlumatlandıracaqdır.

Bütün işlər müəyyən edilmiş qaydaya müvafiq olaraq aparılacaqdır, bu haqda məlumatı Siz burada tapa bilərsiniz: “Sığorta hadisələrinin tənzimlənməsi qaydası”.

geri

Mənim maşınımı kim təmir edəcəkdir?

 

 

AXA MBASK Sığorta Şirkəti öz müştərilərinə sığorta olunmuş avtomobillərin təmiri üzrə bir sıra opsiyalar təklif edir.

Sizin istəyinizlə, avtomobil, bizim şirkətin uzun müddət ərzində əməkdaşlıq etdiyi və işlərinin keyfiyyətinə dəfələrlə əmin olduğumuz, tərəf-müqabilimiz olan təmir mərkəzlərindən birində təmir edilə bilər.

Əgər Sizin avtomobil həmin markanın rəsmi nümayəndəsindən satın alınmışdırsa və təminatlı xidmətdə hesab edilirsə, onda avtomobiliniz, Sizin istəyinizlə, rəsmi nümayəndənin təmir mərkəzində təmir edilə bilər.

Avtomobilinizin yuxarıda göstərilən meyarlara uyğun gəlmədiyi təqdirdə, Sizinlə razılaşmanın əsasında, o, bizim sığorta şirkətinin tərəf-müqabili olan digər təmir mərkəzində təmir edilə bilər.

Sizin, avtomobilin təmirini özünüz tərəfindən seçilmiş təmir mərkəzində yerinə yetirmək istədiyiniz halda Siz, AXA MBASK Sığorta Şirkətinin mütəxəssisləri tərəfindən tərəf-müqabilimiz olan təmir mərkəzlərinin iştirakı ilə tərtib edilmiş qiymətləndirmə aktının əsasında, pul ödənişi ala bilərsiniz. Lakin belə olan halda, AXA MBASK Sığorta Şirkəti təmir işlərinin keyfiyyəti üçün heç bir məsuliyyət daşımayacaqdır.

geri

Avtomobilin tam məhv olması nə deməkdir?

 

 

Təmir işlərinin dəyərinin avtomobilin bazar qiymətinin 70%-ndən artıq (bəzi müqavilələrdə 75%-ə yol verilir) olduğu halda, avtomobil tam məhv olmuş və təmir oluna bilməyən hesab edilir.

 

 

Bu halda, sığorta müqaviləsinə əsasən müvafiq tutulmalar (franşiza və s.) nəzərə alınmaqla, tam sığorta məbləği ödənilir.

geri

Sığorta iddiasının tənzimlənməsi nə qədər çəkəcəkdir?

 

Sığorta hadisələrinin nəzərdən keçirilməsi zamanı vaxt hüdudları hadisədən hadisəyə, baş vermiş itkinin növündən və ağırlıq səviyyəsindən asılı olaraq, dəyişə bilər. İstənilən halda, AXA MBASK Sığorta Şirkəti aşağıdakılara zəmanət verir:

 

Ödəniş/ödənişdən imtina edilməsi haqqında qərar, müştəri tərəfindən BÜTÜN tələb edilmiş sənədlərin təqdim edilməsi anından sonrakı 3 (üç) iş günündən gec olmayaraq, qəbul ediləcəkdir.

Dəymiş zərərin qiymətləndirilməsi, şirkət tərəfindən hadisə üzrə məsuliyyətin qəbul edildiyi andan sonrakı 5 (beş) iş günündən gec olmayaraq, yerinə yetiriləcəkdir.

Ödəniş, dəymiş zərərin ölçüsünün müəyyən edildiyi andan sonrakı 2 (iki) həftədən gec olmayaraq, həyata keçiriləcəkdir.

Sizin tərəfinizdən avtomobilin təmir opsiyasının bizim tərəf-müqabilimiz olan təmir mərkəzlərindən birində yerinə yetirilməsinin seçildiyi təqdirdə, Sizə təmirin müddətlərinə dair ətraflı məlumat Sizin işinizi aparan mütəxəssis tərəfindən təqdim ediləcəkdir.

geri

Franşiza nədir?

 

 

Franşiza — baş vermiş itkinin, ödənilməsini Sizin müstəqil şəkildə öz üzərinizə götürdüyünüz hissəsidir, onun bütün yerdə qalan hissəsinin əvəzini isə biz verəcəyik.

 

 

Franşizanın ölçüsü haqqında informasiya Sığorta Sertifikatında göstərilir. Bu zaman, müqavilənin bağlanması zamanı, Siz bir neçə franşiza opsiyasından birini seçə bilərsiniz ki, onun da ölçüsündən asılı olaraq, sığorta təminatının dəyəri dəyişəcəkdir.

Dığorta hadisənin baş verdiyi zaman, Sizin tərəfinizdən sığorta təminatının pulla alınması opsiyasının seçildiyi halda, franşizanın məbləği dəymiş zərərin məbləğindən çıxılacaqdır. Sizin tərəfinizdən təmir edilmək opsiyasının seçildiyi haqlda, Siz franşizanı, təmir işləri başa çatdırıldıqdan sonra, təmir mərkəzinə ödəməli olacaqsınız.

geri

Digər sürücü YNH-nin səbəblərinə qarşı etiraz edərsə, nə baş verəcəkdir?

 

 

AXA MBASK Sığorta Şirkəti Sizin mövqeyinizi, əgər o həqiqətən də baş vermiş YNH-nin səəbəblərini real şəkildə əks etdirirsə, maksimum səmərəli şəkildə müdafiə etməyə çalışacaqdır. Buna ehtiyac yarandığı halda biz, sənədləşmənin ədalətli qaydada rəsmiləşdirilməsini təmin etmək üçün, müvafiq dövlət orqanlarına müraciət edəcəyik.

İstənilən halda biz, müstəsna olaraq, Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericiliyinin müddəalarına müvafiq olaraq hərəkət edə bilərik və bizim, Azərbaycan Respublikasının YNH-nin səbəblərinin rəsmiləşdirilməsi haqqında son qərar qəbul edən dövlət orqanlarının işinə qarışmaq hüququmuz yoxdur.

 

 

 

geri

Sığorta olunmuş avtomobilin idarə edilməsi zamanı, sığorta müqaviləsi (QUR) ilə kim təmin ediləcəkdir?

 

 

 

Avtomobillərin sığorta olunması üzrə müqaviləyə (QUR) əsasən, nəqliyyat vasitəsinin idarə edilməsi zamanı, notarial qaydada təsdiq edilmiş etibarnaməsi, sürücülük vəsiqəsi olan və “Azərbaycan Respublikasının yol hərəkəti haqqında Qanununun” tələblərinə cavab verən istənilən sürücü təmin edilmiş hesab edilir.

Sığorta təminatı sığorta müqaviləsinin şərtlərinə əsasən təqdim edilir.

 

 

 

geri

Mən harada sığorta oluna bilərəm?

Sığorta təminatını əldə etmək üçün Siz, bizim şirkətin ofislərindən birinə müraciət edə bilərsiniz. Bizim əməkdaşlarımız daha müvafiq olan sığorta təminatının seçilməsində Sizə yardım edərlər və Sizi maraqlandıran istənilən suala cavab verərlər.
AXA AXA MBASK SŞ-nin ofislərinin siyahısına baxmaq üçün, aşağıdakı isnadı sıxın:
ƏLAQƏLƏR

 

 

geri

Sığorta mükafatı nədir?

Sığorta mükafatı, sığorta təminatının qüvvəyə minməsi üçün Sizin ödəməli olduğunuz haqqdır.

 

 

geri

Mən sığorta mükafatını (haqqını) hissə-hissə ödəyə bilərəmmi?

AXA MBASK Sığorta Şirkəti öz müştərilərinə, sığorta mükafatının ölçüsündən asılı olaraq, hissə-hissə ödənilmənin bir neçə variantını təklif edir. Bu barədə daha ətraflı məlumatı Siz, bizim Müştərilərə Xidmət üzrə Mərkəzimizdən əldə edə bilərsiniz.

 

 

geri

 

KASKO sığortası nədir?

 

KASKO — avtomobil sığortasının bir növüdür, ona görə sığorta olunan – avtomobilin özüdür. Ödənilmə sığorta müqaviləsində göstərilmiş risklərdən təqdim edilir.

КАСКО sığortasından əlavə, AXA MBASK Sığorta Şirkəti öz müştərilərinə Avtovətəndaşlıq məsuliyyətinin sığorta olunması, sərnişinlərin və sürücünün bədbəxt hadisədən sığorta olunması və bir sıra digər əlavə opsiyalar üzrə təminat təklif edir.

Daha ətraflı məlumatı Siz buradan əldə edə bilərsiniz:
“Fiziki şəxslər üçün avtomobil sığortası”
“Hüquqi şəxslər üçün avtomobil sığortası”

 

geri