AXA MBASK'a xoş geldiniz

"QAYĞIKEŞ SAHİBKAR"  Kiçik və orta biznes sahibləri üçün korporativ tibbi sığorta paketi


Aşağıdakılar tibbi sığorta planına daxil olmaq hüququna malikdir:

İşçilər*

*Bu sığorta əmək müqaviləsi ilə işləyən və sığorta şəhadətnaməsində adı göstərilən işçilərə şamil edilir (minimum 3 işçi)



MƏSULLİYƏT HƏDDİ

“Sığorta planına daxil olmayanlar” bölməsində göstərilənlər istisna olmaqla, Sığorta Şirkəti aşağıda qeyd olunan sığorta məsuliyyəti həddində Sizin bütün tibbi xərclərinizi ödəyir:

 

  • Sığorta müddəti ərzində bir şəxs üzrə ödəniləcək maksimal ümumi məbləğ - 5,000 AZN
  • Təcili və təxirəsalınmaz tibbi yardım - bir il ərzində 1 hadisə
  • Klinikaya yerləşdirməklə müalicə və əməliyyat xidmətləri - bir il ərzində 1 hadisə
  • Poliklinik müalicə - bir il ərzində 2 hadisə
  • Poliklinik yardım çərçivəsində dərmanların verilməsi – bir il ərzində 50 AZN
  • Seçilmiş özəl klinikalar və apteklər
  • Əhatə ərazisi - Azərbaycan respublikası
  • Hər bir şəxs üzrə sığorta haqqı – 180 AZN



SIĞORTA PLANINA DAXİL OLANLAR

Təcili və təxirəsalınmaz tibbi yardım

 

  • Özəl klinikalardan təcili tibbi yardımın çağırılması
  • İxtisaslaşmış klinikalara təcili daşınma və evakuasiya (hava nəqliyyatı ilə daşınma istisna olmaqla)
  • Reanimasiya tədbirləri
  • Təcili vaksinasiya (quduzluq və tetanus)
  • İlkin müayinə və diaqnoz, elektrokardioqrammanın çıxarılması
  • Təcili tibbi yardım məqsədi ilə dərmanla təmin edilmə
  • Təcili stomatoloji yardım (kəskin ağrı zamanı dişlərin çəkilməsi, klinikada çənə-üz nahiyəsində ağrısızlaşdırması (reseptlə yazılan dərmanlar istisna olaraq), çənə-üz nahiyəsində absesslərin və fleqmonların açılması (reseptlə yazılan dərmanlar istisna olaraq), çənə-üz nahiyəsində zədələr zamanı immobilizasiya)



Stasionar Yardım

Klinikaya yerləşdirməklə müalicə və əməliyyat xidmətləri

 

  • Diaqnostik və laborator tədqiqatların aparılması (kompyüter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiyası daxil olmaqla)
  • Cərrahi əməliyyatlarin aparılması
  • Xəstənin palata və qida ilə təmin edilməsi
  • İxtisaslaşmış həkimlər tərəfindən aparılan müalicə (fizioterapiya, tibbi massaj, müalicəvi idman, akupunktura, manual terapiya daxil olmaqla)
  • Əməliyyatdan sonraki qayğı
  • Təyin edilmiş dərmanlarla təmin edilmə
  • Reanimasiya və reabilitasiya
  • Həkim məsləhətləri



Poliklinik müalicə
 

  • Mütəxəssis həkimlər tərəfindən aparılan müayinə və müalicə
  • Diaqnostik tədqiqatların aparılması (kompyüter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiyası yalnız bədbəxt hadisə nəticəsində baş verən hallarda ödənilir)
  • Laborator tədqiqatların aparılması
  • Poliklinik cərrahiyə (kiçik əməliyyatların aparılması)
  • Zəruri reseptlərin yazılması və təyin edilmiş dərmanlarla təmin edilmə
  • Telefon vəsitəsi ilə həkim məsləhətlərinin verilməsi



SIĞORTA PLANINA DAXİL OLMAYANLAR
 

  • Xəsarət aldığı zaman alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyət;Sığorta olunanın nəqliyyat vasitəsinin idarə edilməsini spirtli içkilərin, narkotik və ya toksik maddələrin təsiri altında olan və ya nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə həvalə etməsi;
  • Peşəkar pilot tərəfindən idarə olunan mülki aviasiya təyyarəsində sərnişin qismində uçuşlar istisna olmaqla, Sığorta olunanın özü tərəfindən idarə edilən uçuş aparatında uçma; Sığorta olunanın mühərriksiz uçuş apparatlarında, mühərrikli planerlərdə, superyüngül uçuş apparatlarında uçması və həmçinin paraşütla tullanması;
  • Sığorta olunan tərəfindən özünü öldürməyə cəhd etmə, istisna sığorta olunan özünü öldürmə həddinə üçüncü səxslərin qanunsuz hərəkətləri nəticəsində çatdırılma;
  • Sığorta olunanın bilərəkdən özünə cismani zərər yetirməsi və sığorta hadisəsinin baş verməsinə səbəb olan hərəkətlərin qəsdən və ya kobud ehtiyatsızlığından törədilməsi; Sığorta olunanın qohumları tərəfindən müalicə və qulluq olunmasına dair xərclər və təyin olunmuş dərmanlar daxil olmaqla, hər hansı bir özünü müalicə.
  • Müharibə (elan edilib-edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, istila, üsyan, qiyam, tətil, çevriliş, inqilab, işğal, düşmənçilik aktları, hərbi əməliyyatlar, silahlı yolla hakimiyyətin qəsb edilməsi, ictimai iğtişaşlar, kütləvi həyəcanlar, terror aktları və sadalananların nəticələri; Sığorta olunanın hər cür silahlı qüvvələrdə və hərbi qruplaşmalarda qulluq etməsi;
  • Nüvə partlayışı, radioaktiv və ya digər şüalanmalar; Zəlzələ, sel, daşqın, su basması və digər təbii fəlakətlər; Epidemiya;
  • Sığorta olunan tərəfindən sığorta hadisəsi ilə birbaşa səbəb-nəticə əlaqəsində olan, qanuna zidd hərəkətlərin törədilməsi; Əmək vəzifələrini yerinə yetirərək (muzdlu iş görərək) Sığorta olunanın təhlükəsizlik texnikası qaydalarına riayət etməməsi. Sığorta olunanın azadlıqdan məhrumolma yerlərində və hərbi qulluqda olması;
  • İnsan immunçatışmazlığı virusuna və /və ya Qazanılmış İmmunçatışmazlığ Sindromuna yoluxmasından və həmçinin onun nəticəsi olan xəstəliklər; Vərəm, sarkoidoz, mukovissidoz;
  • Kəskin ağrı və ya Sığorta olunanın həyatının xilas edilməsi ilə bağlı tibbi yardımın göstərilməsi halları istisna olmaqla, müalicəsi həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq sığorta müqaviləsi bağlanan günə qədər məlum olan xəstəliklərin müalicəsi; Sığorta olunanın həyatına bilavasitə təhlükə yaradan vəziyyətlərdə həyata keçirilən təxirəsalınmaz tədbirlər istisna olmaqla, xroniki xəstəliklərin müalicəsi;
  • Sığorta olunanın sığorta hədisəsi ilə əlaqədar müraciətinə əsasən aldığı həkim göstərişlərinin yerinə yetirilməsindən könüllü surətdə imtina etməsi nəticələri; Səbəbsiz eyni sığorta hadisəsi ilə bağlı iki və ikidən artıq mütəxəssislərin müayinəsi yaxud eyni diaqnostik tədbirlər;
  • Sığortalanma dövründən əvvəl aparılmış hər hansı bir kosmetoloji müalicənin, plastik cərarahi əməliyyatın nəticələrinin müalicəsi və eyni səbəbdən təkrar kosmetik-plastik əməliyyatlar; sığorta dövrü daxilində baş vermiş hər hansı xəstəlik və ya travmaların zamanı aparılmasına ehtiyac yaranan kosmetoloji-plastik əməliyyatlar istisna olmaqla; Müvafiq lisenziyası olmayan tibb müəssisəsi və ya tibbi fəaliyyəti həyata keçirmək üçün hüququ olmayan şəxs tərəfindən göstərilən xidmətlərlə əlaqədar xərclər;
  • Müəyyən edilmiş sığorta məbləğini aşan xərclər. Fasiləsiz olaraq 45 gün xəstəxanada olma müdətindən artıq aparılmış müalicə; Evdə qulluq;
  • İstirahət mərkəzlərində, sanatoriyalarda, pansionatlarda, istirahət evlərində və digər bu kimi müəssisələrdə müalicə; Sığorta olunanın müalicə alması məqsədi ilə təşkil olunmuş ölkə xaricinə səfər; Təcili tibbi təxliyə istisna olmaqla, müalicə almaq məqsədi ilə əmələ gələn nəqliyyat;
  • Sığorta müddətinin son 14 günü ərzində planlı cərrahi əməliyyatların keçirilməsi;
  • Sığortanın başlanmasından əvvəl Sığorta olunan tərəfindən alınan müalicə ilə bağlı Sığorta olunanın səhhətinin pisləşməsi və ya ölümü ilə bağlı yaranan xərclər; Sığorta olunanın məşqlərdə və idman yarışlarında iştirakı və həmçinin hər cür professional idman növü ilə məşğul olması ilə bağlı yaranan xərclər;
  • Sığorta olunanın təhlükəli fəaliyyət növləri ilə məşğul olması (o cümlədən, avtomobil nəqliyyatının peşəkar sürücüsü, inşaatçı, elektromontajçı qismində və ya dağ mədənlərində işləməsi); Peşə xəstəliklərinin müayinə və müalicəsi;
  • Anadangəlmə patologiyaların (anadangəlmə travmalar, daxili orqanların anadangəlmə qüsurları, anadangəlmə defektlər və s.) və irsi xəstəliklərin müayinə və müalicəsi; Psixonevroloji xəstəliklər, nevrasteniya, ipoxondriya, nevroz, dağınıq skleroz, sinir sisteminin demiyelinizasiyaedici xəstəliklərin, epilepsiya və hazırkı bənddə göstərilən xəstəliklər nəticəsində əmələ gələn somatik xəstəliklər və xəsarətlərin müayinə və müalicəsi;
  • Xroniki venoz və arterial çatışmamazlığın müayinə və müalicəsi; Şəkərli diabet və bütün növ hepatitlərin və virusdaşımanın (Hepatit A istisna olmaqla) müayinə və müalicəsi; Xroniki böyrək və qaraciyər çatışmamazlığının müayinə və müalicəsi;
  • Birləşdirici toxumaların sistem xəstəliklərinin, kəskinləşmə istisna olmaqla, müayinə və müalicəsi; Bədxassəli onkoloji xəstəliklərin, qanın onkoloji xəstəliklərinin müayinə və müalicəsi, baş beyinin bütün növ yenitörəmələrinin müalicəsi; Əksər hallarda cinsi yolla yoluxan və onların nəticəsi olan xəstəliklər qrupuna aid olan xəstəliklərin  müayinə və müalicəsi, həmçinin toksoplazmozun müalicə və təkrar müayinəsi;
  • Dermatoloji xəstəliklərin (papilloma, ziyil, sızanaqlar, allopesiya, seboreya, psoriaz, xloazma, vitiliqo), həmçinin kosmetoloji defektlərin müayinə və müalicəsi; Ağız boşluğu xəstəliklərinin və dişlərin müayinə və müalicəsi, həmçinin ortodontiya, paradontit və paradontozun müayinə və müalicəsi, ştiftin qoyulması, diş ərpin və daşın təmizlənməsi, dişlərin ftorlakla örtülməsi;
  • Aorto-koronar şuntlama, ürək qüsurlarının cərrahi yol ilə müalicəsi, kardiostentlərin qoyulması, ürək və damarların kontrast metodları ilə müayinəsi; Həyata təhlükə yaradan vəziyyət və bədbəxt hadisə nəticəsində yaranan hal istisna olmaqla, septoplastika, bədbəxt hadisə haqqında məlumat dərhal Sığorta olunan tərəfindən yazılı sürətdə təqdim olmaq şərti ilə;
  • Eşitmənin və görmənin operativ və konservativ müalicəsi və xüsusi cihazlar vasitəsi ilə korreksiyası, bununla əlaqədar və peşə yararlığının müəyyən olunması üçün aparılan müayinələr, miopiya, presbiopiya, qipermetropiya, ametropiya və astiqmatizm kimi gözün refraksiya anomaliyalarının lazer metod ilə daxil olmaqla konservativ və cərrahi müalicəsi, sığorta dövrü daxilində baş vermiş bədbəxt hadisələr nəticəsində eşitmənin və görmənin pozulması istisna olmaqla; Ailə planlanması, süni mayalanma və sterilizasiya, həmçinin sterilizasiyadan sonra reproduktiv funksiyanın reabilitasiyası, sonsuzluq, impotensiya, kontrasepsiya və onların istənilən nəticələri səbəbi ilə aparılan istənilən müayinə və müalicə; Cinsin dəyişdirilməsi ilə birbaşa və ya dolayı yolla bağlı olan istənilən müalicə;
  • Tibbi yardımın həyati amillərlə bağlı olduğu hallar istisna olmaqla, hamiləlik müddətində məsləhətlər və müayinələr, hamiləlik dövründən asılı olmayaraq hamiləlik nəticəndə əmələ gələn xəstəliklər və mövcud xəstəliklərin kəskinləşməsi, hamiləliyin kəskinləşməsi ilə əlaqədar məsləhətlər, müayinələr və müalicəsi və həmçinin doğuş və uşağa doğuşdan sonrakı qayğı, həmcinin sığorta müqaviləsindən əvvəl başlayan hamiləlik; Sığorta olunanın həyatının xilas edilməsi ilə bağlı olan hallar istisna olmaqla, abortlar; Doğuş zamanı həkimin gecə, bayram və tətil günləri çağırışı ilə əlagədar əlavə xərclər; rezus konflikt ilə əlaqədar müayinə və müalicə. İmmunoqlobulin inyeksiyanın doğuşdan sonra təyinatı Klimakterik vəziyyət, menstual siklin pozulması ilə əlaqədar 6 aydan artıq müayinə və müalicə;
  • Ekstrakorporal müalicə metodları (plazmaferez, hemosorbsiya, hemodializ, ozonoterapiya, lazerterapiya, qanın ultrabənövşəyi şualanması) Hər növ protezlər, həmçinin endoprotezlər və diş protezləri daxil olmaqla; Orqan və toxumaların transplantasiyası;
  • Alternativ müalicə və reabilitasiya metodları qeyriənənəvi müalicə və diaqnostika metodları, qomeopatiya, fitoterapiya, oksiqenterapiya, qirudoterapiya, elektro-termo-akupunktura; trixoloqun, kosmetoloqun, qenetikın, loqopedin müayinəsi; On prosedurdan artıq olan bərpaedici müalicə, müalicəvi idman, manual terapiya, iynəbatırma və fizioterapiya; Profilaktik tədbirlər və ümumi tibbi baxışlar;
  • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən lisenziyalanmayan dərmanlar, bioloji aktiv əlavələr, homeopatik preparatlar, immunostimulyatorlar, psixotrop preparatlar (trankvilizator, antidepressant və s.), şampunlar, diş pastaları, kosmetik vasitələr və s. eksperimental və \ və ya təsdiq olunmayan vasitələr; Xidmətlər proqramı ilə nəzərdə tutulmayan tibbi və ya başqa xidmətlər.



TİBBİ YARDIM ÜÇÜN MÜRACİƏT ETMƏ QAYDASI

Yüksək təcrübəli tibbi heyət, tibbi sığorta üzrə mütəxəssislər və məsləhət-dispetçer şöbəsinin əməkdaşları bütün xidmətləri Sizə təqdim etmək üçün əlindən gələni edəcək. Sizin sağlamlığınızla bağlı problemlərinizin aradan qaldırılması üçün müvafiq ixtisaslı mütəxəssislərin və/və ya prosedurların təyin edilməsi, tibbi məsləhətlərin verilməsi və onun keyfiyyətinə nəzarətin təmin edilməsi bu əməkdaşların vəzifəsidir..

Bu tibbi sığorta planında xüsusi təminat şərtləri və müştərək ödəniş (müxtəlif azadolma məbləğləri) mövcud olduğuna görə hər hansı bir mürəkkəb halların qarşısının alınması məqsədi ilə Sizə “Podratçı Tibbi Müəssisələr” siyahısına daxil olan tibbi müəssisədə tibbi xidmət almaq üçün oraya müraciət etməzdən əvvəl Sığorta Şirkətinə məlumat verməyinizi tövsiyyə edirik. Əvvəlcədən Sığorta Şirkəti ilə razılaşdırılmayan hər hansı müalicə, müayinə və s. tibbi xidmətlərə sığorta təminatı verilmir

Məsləhət-Dispetçer şöbəsi ilə aşağıda qeyd olunan telefon nömrələri vasitəsilə əlaqə saxlaya bilərsiniz:

050-286-84-38
050-286-84-39
012-488-66-24
012-488-66-25

 


 

TİBBİ MÜƏSİSƏLƏR
 
Mərkəzi Neftçilər Xəstəxanası Bakı, Yusif Səfərov küç., 17 490 13 19
N.Tusi adına Klinika    Bakı, Həsənbəy Zərdabi küç., 53 433 66 91
“Səhhət” Klinikası* 8-ci km, Q.Qarayev küç., 103; 447 85 55
“Nəbz” Tibb Mərkəzi Bakı, Q.Qarayev prospekti, 31  421 38 56
“Diaqnoz” Tibb Mərkəzi Bakı, Sarayev küç., 38С (050) 323 31 98
«MedPlaza» Tibb Mərkəzi* Bakı, Vagif prospekti., 75 A 449 42 72
“DİALAB” Tibb Mərkəzi  Bakı, İstiqlaliyyət küç. 31 497 44 49
“Real Tibb Mərkəzi” MMC Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 14 (018) 642 45 80
“Mediland Hospital” Bakı, Sabit Orucov küç. 17C   596-03-43
Azərbaycan Tibb Universitetinin 
Tədris-Cərrahiyyə Klinikası
Bakı,  M.Mirqasımov küç 2 (012 923)  (1158)

 


 

APTEKLƏR
 
“Kaspian” əczaxanası Bül-Bül prospekti, 6 498 78 94
“Çeburaşka” əczaxanası № 728 Şixəli Qurbanov küç.,17 596-03-43
“Europe” əczaxanası İstiqlaliyyət küçəsi 49  492 30 87