AXA MBASK'a xoş geldiniz

SƏYAHƏT SIĞORTASI

Hər ay Sizin bir sıra əməkdaşlarınız xarici ezamiyyətlərə yollanırlar və bir çox hallarda elə ölkələrə ki, orada sağlamlıqla bağlı problemlər yarandıqda müraciət etməyə bir kimsə olmur. Biz Sizə bu problemin həllini təklif edirik. Bunun üçün sadəcə "Xaricə səfər edənlərin bədbəxt hadisələrdən və tibbi xərclərdən sığortası" proqramı çərçivəsində AXA MBASK Sığorta Şirkətinin təklif etdiyi sığorta təminatını almaq kifayətdir.

Belə sığorta təminatının sahibi sığorta müqaviləsinin şərtlərinə əsasən tibbi xidmətlərdən pulsuz istifadə etmək hüququnu qazanır.
Onu da qeyd etmək istərdik ki, ölkənin hüdudlarından kənarda bütün sığorta hadisələrinin koordinasiyasını dünyanın 41 ölkəsində nümayədəliyi olan dünya şöhrətli "İnternational SOS" tibbi xidmət şirkəti həyata keçirir.

Sizin arzunuza görə müqavilə 1 il müddətinə bağlandığı kimi konkret olaraq hər bir ezamiyyət müddətinə də bağlana bilər.