AXA MBASK'a xoş geldiniz

TƏKRAR SIĞORTA

 

Hörmətli cənablar,

AXA MBASK Sığorta Şirkəti Sizin diqqətinizə sığorta risklərinin təkrar sığortası üzrə proqramları təqdim edir.

Bizim şirkət uzun illər ərzində həm Azərbaycanın sığorta şirkətlərinə, həm də xarici sığorta şirkətlərinə risklərin təktrar sığortası üzrə xidmət göstərir.

Yerli və xarici sığorta şirkətləri ilə risklərin təkrar sığortaya qəbul edilməsi sahəsində çoxillik əməkdaşlıq təcrübəsi sayəsində AXA MBASK Sığorta Şirkəti bu sahədə qiymətli təcrübə toplamışdır. 

Bizim mütəxəssislər Sizin tələbatın fərdi analizini apararaq sığorta portfelinizin təhlükəsizliyini təmin etmək üçün ən optimal həlləri təklif edəcəklər.

Bizim anderrayterlər Sizin sorğunun bütün xüsusiyyətləri nəzərə alınmaqla xüsusi olaraq Sizin üçün hesablanmış tarifləri təklif edəcəklər.

Sizin arzunuzla Bizim anderrayterlər Sizin şirkətin sığorta polislərinin analizini aparacaq və onların təkmilləşdirilməsi və optimallaşdırılması üzrə tövsiyyələrini hazırlayacaqlar. 

Əgər Siz yeni sığorta proqramını ilk dəfə həyata keçirirsinizsə və məsləhət xarakterli köməyə və etibarlı təktrar sığorta müdafiəsinə ehtiyacınız varsa, bizim mütəxəssislər həmin sığorta növünün xüsusiyyətləri barədə Sizi məlumatlandıracaq və Sizin ilk dəfə həyata keçirdiyiniz sığorta proqramı üçün etibarlı təkrar sığorta müdafiəsinin təmin olunması üzrə təkliflər hazırlayacaqlar.

Biz Sizin etibarlı tərfdaşınız olmağa və Sizin risklərinizin təktrar sığorta müdafiəsini təmin etməyə çox şad olarıq.