AXA MBASK'a xoş geldiniz

Vakansiya : İnformasiya Təhlükəsizliyi üzrə Baş Mütəxəssis


Namizədə tələblər:
•    Komputer elmləri, riyaziyyat və mühəndislik sahəsində bakalavr dərəcəsi;
•    İş təcrübəsi: bu sahə üzrə ən azı 5 il iş təcrübəsi ;
•    Azərbaycan və ingilis dili bilikləri mükəmməl səviyyədə, rus dili arzuolunandır ;   
•    İnformasiya təhlükəsizliyi proqramları üzrə sertifikatlar;
•    İnformasiya təhlükəsizliyi sahəsində standartlar və digər tələblər üzrə biliklərə və təcrübəyə malik olması;
•    Analitik düşünmə qabiliyyəti, problemlərin effektiv həll olunması və ehtiyacların prioritetləşdirərək müəyyən olunması ;
•    Ünsiyyət bacarıqları , komanda tərkibində işləmək qabilliyəti , liderlik keyfiyyətləri və münaqişələri idarəetmə , layihə idarəetmə bacarıqları;
•    Sistemin davamlı inkişaf etdirilməsi və öyrənilməsi yönümlü bacarıqları ;
Əsas Vəzifə Öhdəlikləri:
•    İnformasiya təhlükəsizliyi üzrə siyasət və standartların inkişafı və araşdırılması;
•    Şirkətin təhlükəsizlik siyasətinin idarə olunması (İnformasiya Texnologiyaları Təhlükəsizliyi, İstifadəçi Təhlükəsiliyi, Fiziki Təhlükəsizlik, Texniki Təhlükəsizlik) ;
•    Şirkət təhlükəsizliyinin ölçmə meyarlarının qiymətləndirilməsi və uyğunluğunun yoxlanılması;
•    İnformasiya təhlükəsizliyi insidentlərinə müdaxilə və onların idarə olunması;
•    İnformasiya təhlükəsizliyinə dair prosedurların , mexanizmin və  ölçmə meyarlarının test olunması;  


 İş şərtləri:
         ∙ Qrafik: 09:00- 18:00
         ∙ İş günləri: 1-5
         ∙ İş yeri: Baş ofis
         ∙ Ə/H: razılaşma yolu ilə
 
CV-ləri İnformasiya Təhlükəsizliyi üzrə baş mütəxəssis mövzusu ilə
career@axambask.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.